Prezidentlərin Bakıda üçtərəfli görüşü Avstraliyada müzakirə olundu

Prezidentlərin Bakıda üçtərəfli görüşü Avstraliyada müzakirə olundu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qrupunun sədri Xanlar Fətiyevin daxil olduğu nümayəndə heyəti Avstraliya parlament və hökumət nümayəndələri ilə görüşlər keçirib.

Tehsil-press.az-ın məlumatına görə, görüşlərdə Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, fəxri konsulu Aydan Rzayeva, konsulun Sidney üzrə nümayəndəsi Nizami Cəfərov da iştirak ediblər.
Avstraliyanın sənayə, innovasiya və elm naziri Qreq Hant ilə görüşdə S.Seyidov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi uğurlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, ölkəmizin regionda lider rolu və inkişaf perspektivləri haqqında danışıb.
S.Seyidov xüsusilə vurğulayıb ki, avqustun 8-də Bakıda ilk dəfə Azərbaycan, İran və Rusiyanın yeni əməkdaşlıq formatı yaranıb və bu ölkələrin dövlət başçılarının sammiti keçirilib. S.Seyidov bildirib ki, bu yeni formatın təşəbbüskarı məhz Azərbaycan olub. O qeyd edib ki, bu əməkdaşlıq hər üç ölkənin iştirakı ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılmasını, həmçinin onların təhlükəsizliyini və iqtisadi maraqlaını təmin edir. S.Seyidov deyib ki, Azərbaycan nəqliyyat qovşağına çevrilir.
Avstraliya tərəfdən görüşdə iştirak edən Q.Hant Azərbaycanın regionda mühüm rolu, xüsusilə böyük infrastruktur layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun təşəbbüskarı olması haqqına məlumatlı olduğunu bildirib. O qeyd edib ki, Avstraliya Azərbaycandan keçən nəqliyyat marşrutlarından istifadə etməkdə maraqlıdır. Q.Hant bildirib ki, Avstraliya xüsusilə Azərbaycanın lider rol oynadığı Böyük İpək Yoluna qoşulmaqda maraqlıdır.
X.Fətiyev isə görüşdə bildirib ki, Azərbaycan iqtisadi və siyasi uğurlar əldə etməklə yanaşı, regionda siyasi, iqtisadi, humanitar proseslərdə vasitəçiyə çevrilib. Apardığı tolerantlıq siyasəti nəticəsində Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqda vasitəçi qismində çıxış edir. Bunun bariz nümunəsi 2016-cı ilin Azərbaycanda “Multikulturalizim ili” elan edilməsidir.
X.Fətiyev həmçinin Azərbaycanın ildən-ilə artan turizm potensialının Avstraliyadan olan turistlər üçün maraqlı ola biləcəyini də diqqətə çatdırıb.
Görüşdə həmçinin Azərbaycan ilə Avstraliya arasında iqtisadi-ticarət əlaqələrinin, mədəniyyət, humanitar sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.


Prezidentlərin Bakıda üçtərəfli görüşü Avstraliyada müzakirə olundu

Tehsil-press.az

Oxşar xəbərlər