Lənkəranda çoxmənzilli binaların əsaslı təmiri və bərpasına 7,5 milyon manat ayrılıb

Lənkəranda çoxmənzilli binaların əsaslı təmiri və bərpasına 7,5 milyon manat ayrılıb Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon (yeddi milyon beş yüz min) manat ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Təhsil-press.az

Oxşar xəbərlər