Bu ölkədə epidemiya qurbanlarının sayı durmadan artır

Bu ölkədə epidemiya qurbanlarının sayı durmadan artır Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yəməndə Kolera epidemiyasından ölənlərinin sayının 923-ə yüksəldiyini açıqlayıb.
Təhsil-press.az xəbər verir ki, 22 apreldən bu günə qədər Yəməndə 20 vilayətdə bu epidemiyaya rast gəlinib.
Hazırda 124 mindən çox insanda epidemiya olmasından şübhə edilir.
Qeyd edək ki, Yəmən 2ildir Körfəz ölkələri koalisiyasının hücumuna məruz qalır. 8 mindən çox yəmənlinin öldüyü atışmalarda 17 milyon insan aclıq və susuzluq təhlükəsi ilə üz-üzədir.

Təhsil-press.az

Oxşar xəbərlər