Təhsil naziri Mikayıl Cabbarov ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulunun şərtlərinin necə olacağı məsələsinə münasibət bildirib.
M.Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı qanunvericilik qüvvəyə mindikdən sonra ətraflı məlumat veriləcək:
“Bundan sonra Təhsil Nazirliyi tərəfindən mexanizm barədə ətraflı məlumat veriləcək. Keçmişdə bu məsələ barədə ilkin məlumat verilmişdi. Müzakirələrdə və kütləvi informasiya vasitələrində yayılan şərhlərdə qeyri-dəqiqlik var idi. Ona görə də anlaşmazlıq yaratmamaq üçün təklif edərdim ki, qanunvericiliyin sonuncu variantını gözləyək. Bunun əsasında Təhsil Nazirliyi tərəfindən tam dəqiq məlumat veriləcək”.
Təhsil-press.az