Everest dağının hündürlüyü azalıb - Yenidən ölçüləcək

Everest dağının hündürlüyü azalıb - Yenidən ölçüləcək Dünyanın ən yüksək nöqtəsi hesab edilən Everest zirvəsinin hündürlüyünün 2015-ci ildə Nepalda baş vermiş 7,8 bal gücündəki zəlzələdən sonra azaldığı ehtimal edilir.
Tehsil-press.az xarici KİV-ə istinadən xəbər verir ki, Himalay silsiləsində yerləşən və Comolunqma adı ilə də tanınan bu zirvənin yenidən ölçülməsi üçün işlərə başlanılıb.
8848 metr hündürlüyündəki dağın ölçülməsinin 2 il davam edəcəyi bildirilir. Prosesə Beynəlxalq Geodeziya Assosiasiyası dəstək verəcək.
Nepal hökuməti layihə üçün ilk mərhələdə 19,4 milyon dollar ayırıb. Ümumi xərcin isə 136 milyon dollar olduğu bildirilir. Xərclərin qarşılanması üçün fondlardan təkliflər də qəbul ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər