Azərbaycan Prezidenti və xanımı "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıblar

Azərbaycan Prezidenti və xanımı Bu gün Bakıda "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev "Formula 1" Azərbaycan Qran Prisinin qalibi olan "Red Bull" komandasının pilotu Daniel Rikkardoya Kuboku təqdim edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Red Bull" komandasına Konstruktorlar Kubokunu təqdim edib.
Finişi ikinci keçən Valtteri Bottasa ("Mercedes") mükafatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutmuş Lens Strolla("Williams") mükafatı isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib.

Təhsil-press.az

Oxşar xəbərlər