BSU-da Formula 1 Azərbaycan Qran Prisinin təqdimatı keçirilib

BSU-da Formula 1 Azərbaycan Qran Prisinin təqdimatı keçirilib Dekabrın 23-də Bakı Slavyan Universitetində (BSU) Formula 1 Azərbaycan Qran Prisinin təqdimatı keçirilib. Təhsil Nazirliyinin (TN) "Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə baş tutan tədbirdə tərbiyə işləri üzrə prorektor, fil.ü.f.d Xanım Sultanova BSU tələblərinin beynəlxalq və ölkədaxili tədbirlərdə iştirakından söhbət açıb. Tələblərin könüllülük fəaliyyətini yüksək qiymətləndirən prorektor onlara uğurlar arzulayıb.
Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü Proqramının meneceri Tural Abdullazadə və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları və işçi qüvvəsi şöbəsinin koordinatoru Tural Hümbətov 2017-ci il 23-25 iyunda ölkəmizdə ikinci dəfə keçiriləcək Azərbaycan Qran Prisi haqqında iştirakçılara ətraflı məlumat veriblər. Çıxışçılar Qran Pri üzrə "Könüllülər” proqramına qoşulma prosesi və namizədlərə aid olan tələblər, iş sahələri barədə məlumat veriblər.
Sonra Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni açılmış akademiya və orada keçiriləcək təlim proqramlarına dair slayd nümayiş olunub.
Tədbirin davamında gənclərin Formula 1 haqqında məlumatlılığını öyrənmək məqsədilə yarış keçirilib, qalib gələn tələbələrə hədiyyələr təqdim olunub.
Sonda Formula 1 Könüllülük Proqramı haqqında ətraflı məlumatları əks etdirən bukletlər paylanılıb.

BSU-nun Mətbuat xidməti


BSU-da Formula 1 Azərbaycan Qran Prisinin təqdimatı keçirilib
BSU-da Formula 1 Azərbaycan Qran Prisinin təqdimatı keçirilib

Oxşar xəbərlər