Əvvəla sizi Anadolu Universiteti Azərbaycan Proqramlarından məzun olduğunuz üçün təbrik edirik. Zəhmət olmasa, özünüzlə bağlı qısa məlumat verərdiniz.
- İlk öncə təbrikləriniz üçün sizə təşəkkürümü bildirmək istərdim. Mən Hicrət Əliyev Güloğlan oğlu Anadolu Universitetin İqtisadiyyat fakultəsinin məzunu.
Türkiyədə Anadolu Universitetində hər il ənənəvi olaraq qeyd edilən “Məzun Günü” tədbirində iştirak etdiniz duyğularınızı və düşüncələrinizi öyrənmək istərdik.
- Bəli “Məzun Günü” tədbirində iştirak etmə şansım oldu, Eskişehir`də Üniversitetin Kampüsündə oldğum zamanlarda Üniversitetin necə böyük imkanlara və resuslara sahib olduğunun şahidi oldum. Rektorumuzla və digər Professor müəllimlərimizlə söhbətimiz zamanı elm insanların əhatəsində olmaq və bu böyük bir ailənin üzvü olduğumun sevincini yaşadım. Azərbaycan məzunları ilə yanaşı bir çox xarici ölkələrdən gələn və məzun olmuş tələblərlə məzun gününü keçirtmək böyük bir sevinc duyğusu idi. Bu şansı yaratdığı üçün və əməyi olan Anadolu Universiteti “Azərbaycan Proqramları”nın bütün heyətinə dərin minnətdarlığımı bildirirəm .
Anadolu Universitetində distant formada təhsil almağın sizə nə kimi faydaları olduğunu düşünürsünüz?
-Düşünürəm ki, distant formada təhsil almağım həm iş həyatımda həm də şəxsi inkişafımda müstəsna faydaları oldu, belə ki, çalışdığım şirkətlərdə karyera pillələrində sürətlə yüksəlməyim, daha çox qazanmağım, daha uğurlu olmağımın əsas səbəblərindən biri də Anadolu Universitetində təhsil almağım oldu və bu dəyişkliyi özümdə hiss etdikdə əslində bunun distant təhsil siteminin gücündən qaynaqlandığının fərqinə vardım, çünki mənim bir tələbə olaraq sərbəst öyrənmə prinsipim var idi və bu təhsil sistemi elə qurulub ki, mən universitet müəllimlərimdən vaxt və ya məsafə ilə ayrılsam da, istədiyim vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilirdim. Bu baxımdan istənilən təhsil proqramı sahəsində həyata keçirilə bilən distant təhsil sisteminin funksiyasının gücündən istifadə etmək imkanı əldə etdim.
Siz artıq bugün məzun olmusunuz və hal-hazırda oxuyan tələbələrə tövsiyyələriniz nələrdir?
- Mənim hal-hazırda oxuyan tələbələrə tövsiyəm ilk öncə zamanı düzgün istifadə və idarə etməyi öyrənsinlər və Anadolu Universitetin onlara yaratdığı mövcud qaynaqlardan kifayət qədər faydalansınlar və inkişaf edən texnologiyardan istifadə etsinlər.
Anadolu Universiteti təhsilini görmüş biri kimi universitet seçimində qərarsız olan abituriyentlərə kömək edəcək nələr deyə bilərsiniz ?
- Nobel mükafatı laureatı Aziz Sancarın gənclərə gözəl bir tövsiyəsi var ki, “Özünüzə yaxşı müəllim seçin” məndə seçimlərində qərarsız olan abituriyentlərə bunu deyə bilərəm ki , təhsil aldığım Anadolu Universiteti müəllimləri ən yaxşı müəllimllərdir.
Boş zamanınızı necə dəyərləndirisiniz? Hobbiləriniz nələrdir?
- Çalışıram ki, boş zamanımı İngilis dilini mükəlləşdirməklə və proqramlaşdırma dilləri ilə kod yazmaqla keçirdim. Hobbim isə internetdə araşdırma edib neyromarketinq və yeni texnologiyaları haqqında məqalələri oxumaqdır.
Bundan sonrakı planlarınız nələrdir?
- Bundan sonrakı hədəf və planlarımdan bir yaxın gələcəkdə ABŞ və ya Kanada da təhsilimi davam etmək və orda öz texnoliji şirkətimi qurmaqdır və inanıram ki buna da nail olacam.

Müsahibəni hazırladı:
Gülər Qasımlı
Gülər Qasımlı