Desəm ki, Anadolu Universitetində oxuyan hər bir tələbənin öz Anadolu hekayəsi var, yəqin ki, yanılmaram. Elə mənim də bu illərlə bağlı öz Anadolu hekayəm var. Əslində hər şey 2010-cu ildə qardaşımın TQDK-da ikinci qrup üzrə müvafiq universitetə imtahan verməsindən başladı. İyul ayının qızmar günlərindən biri idi. Qardaşım Abuzər Azərbaycan Texniki Universitetində qəbul imtahanında idi, mən və anam qardaşıma dəstək olmaq üçün onu imtahan binasının həyətində gözləyirdik, bu zaman bir çox özəl və xarici universitetlərin təmsilçiləri, tələbə və valideynlərin sıx olmasından istifadə edərək, təmsil etdikləri universitetlərin məlumat vərəqələrini təqdim edirdilər. Onlardan biri də, Azərbaycanı tərk etmədən distant formada ali təhsil verən, Anadolu Dövlət Universitetinə aid məlumat vərəqəsi idi. Məlumatları oxuduqdan sonra, diqqətimizi cəlb edən nüanslar olduğu üçün, anam onu çantasına qoydu. İmtahan bitdi, qardaşım imtahandan çıxdı və biz birlikdə evə getdik. Həmin gün axşam evdə test blankındakı cavabların doğruluğunu televiziya vasitəsiylə yoxladıq və rəsmi nəticələri gözləməyə başladıq. Nəticələr açıqlandı, lakin təəssüflər olsun ki, qardaşım istədiyi universitetə qəbul ola bilmədi və növbəti qəbul imtahanlarına hazırlaşmağa qərar verdi.
Həmin ilin sentyabr ayı idi, o zaman mən Azərbaycan Kooperasiya Universitetinin sonuncu kurs tələbəsi idim və dərsə gedərkən avtobusda radio ilə səslənən Anadolu Universitetinin qəbul elanını eşitdim və artıq bu universitet haqqında yuxarıda qeyd etdiyim şəkildə məlumatım var idi. Evə döndükdən sonra valideynlərimlə bu universitet haqqında məsləhətləşdik, Distant təhsilin Azərbaycan Respublikasının Təhsil Haqqında qanununda, təhsilalma forması kimi öz əksini tapması bizim qərarımızı qətiləşdirdi və vaxt itirmədən qardaşımın
Türkiyənin, həmçinin dünyanın ən nüfuzlu universitetlərindən biri olan Anadolu Dövlət Universitetində distant təhsil almasını daha məqsədə uyğun hesab etdik.
Ertəsi gün qardaşım Abuzər, bizə verilən Anadolu Universitetinin Azərbaycan Proqramlarının məlumat vərəqəsində qeyd olunan nömrələrlə əlaqə saxlayaraq, Bakı şəhərində yerləşən ünvana gedərək, sənədlərini təqdim etmiş və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmişdi. Sentyabr ayının sonlarında baş tutan imtahanda o, yüksək bal toplayaraq, Türkiyənin Anadolu Dövlət Uuiversitetinə qəbul oldu.
Qardaşım Abuzər Ağazadə 2010-2014-cü illər ərzində Anadolu Universitetinin Menecment (“İşletme”) fakültəsində təhsil aldığı müddətdə, dərslərində yaxşı nəticələr əldə edərək Tərifnaməyə (“Onur Belgesi” və “Yüksek Onur Belgesi”) layiq görülmüşdür.
Bir böyük qardaş həm də, bir təcrübəyə malik tələbə kimi, mən müntəzəm olaraq Abuzərin dərsləri ilə maraqlanırdım, eyni zamanda öz təhsil aldığım tədris proqramı ilə müəyyən müqayisələr aparırdım. Anadolu Universitetinin verdiyi dərsliklər və tədris proqramı mənə çox fərqli gəldiyinə görə , məndə maraq və həvəs yaratmışdır. Universitetinin diqqətimi çəkən dərs proqramını gördükdə, Kooperasiya Universitetini bitirdikdən sonra, ikinci təhsilimi Türkiyənin Anadolu Dövlət Universitetində almaq qərarını verdim. Bu qərarı verməyimə ən əsas səbəb, Azərbaycan universitetlərinin diplomları xarici ölkələrdə tanınmadığından, Anadolu Dövlət Universitetinin diplomları isə dünyanın əksər ölkələrində tanındığı üçün, mən gələcəkdə dünyanın istənilən ölkəsində rahatlıqla işlə təmin edilə bilərəm.
Odur ki, ikinci təhsilim üçün, sənədlərimi Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramlarına təqdim etdim. İmtahan suallarını cavablandırdım və nəticələrin acıqlanacağı günü səbirsizliklə gözləyirdim. Gözlənilən gün gəldi çatdı. Nəticələr açıqlandı və Türkiyənin Anadolu Dövlət Universitesinin Menecment (“İşletme”) fakültəsinə daxil oldum və bu mənim ən sevincli günlərimdən biri idi çünki, artıq mən də Anadolu Universitetinin böyük ailəsinin bir üzvü olmuşdum. Qarşıda isə məni məsuliyyətli və maraqlı təhsil illəri gözləyirdi.
Tələbələri qruplara böldülər və mənim qrupum 110 E saylı qrup oldu. Bizə həm müəllim iştirakı ilə dərslər keçilirdi, həm də Türkiyədən canlı bağlantı vasitəsilə videokonferans dərslər təşkil edilirdi. Təhsilin səviyyəsi çox yüksək idi.
Seçimimdə yanılmamışdım, Anadolu Universiteti həqiqətən də tələbələrə qayğı göstərir, yüksək səviyyədə təhsil verirdi. İlk tədris ilimdə (2011-2012) bütün imtahanlardan uğurla ikinci kursa keçdim. İkinci kursda müəyyən yeniliklər oldu, Universitet baloniya sisteminə keçid aldı, bununla da biz tələbələr yuxarı semestr dərslərindən götürməklə dörd illik proqramı üç ilə tamamlamaq imkanı idi. Yeni qaydalara görə, bir semestrdə ən çox on bir fənn (45 kreditlik dərs) götürdükdə, imtahanları uğurla keçdikdən sonra universiteti vaxtından əvvəl, yəni dörd illik bakalavr pilləsini üç ilə bitərərək məzun olmaq olardı.
Artıq hədəfim, Anadolu Universitetinin dörd illik bakalavr pilləsini üç ilə tamamlamaq idi. Payız semestrində on bir fənndən imtahanda iştirak etdim, öhdəlik götürdüyüm fənnlərdən doqquzundan uğurla keçdim, lakin iki fənndən kəsilərək həmin dərslər gələn ilin payız semestrına qaldı. Onu da qeyd edim ki, mən Anadolu Universitetində oxuduğum illərdə həm də işləyirdim. Eyni vaxtda hər ikisinin öhdəsindən gəlmək çətin olsa da, ikinci universitet xəyallarımın gerçəkləşməsi üçün bütün çətinliklərə hazır idim. Çünki, İkinci Universitet oxumaq üçün Anadolu Universitetini seçməklə, ən düzgün qərar verdiyimi məzun olduqdan sonra anladım.
Artıq 2013-2014 tədris ilinə qədəm qoymuşduq və ümumilikdə, on fənndən imtahana girdim və başarıyla imtahanlardan keçərək, Tərifnamə (“Onur Belgesi”) alamağa haqq qazanmışdım. Tərifnamə aldığım zaman, sevincimi, həyəcanımı sözlə ifadə edə bilmirəm, çox fərqli, xüsusi hiss etdirən və zəhmətə dəyər verildiyini göstərən bir qarşılıq idi.
Nəhayət, 2014-2015 tədris ili başladı və mən payız semestri imtahanlarından keçməklə, Anadolu Universitetini dörd illik bakalavr pilləsini üç il yarıma tamamladım. Sevincimin həddi-hüdudu yox idi. Çünki, dünyanın nüfuzlu universitetlərindən olan Anadolu Dövlət Universitetinin məzunu olmaq çox şərəfli idi.
Başarılı tələbə olduğum üçün, Eskişehir`də Anadolu Universitetində hər il ənənəvi olaraq təşkil edilən məzuniyyət törəninə dəvət aldım. Eskişehir`də Azərbaycandan bitirən digər tələbə yoldaşlarımla birlikdə məzuniyyət törənində iştirak etdik. Burada çoxlu sayda dostlar da qazandım. Azərbaycandan yüzlərlə məzun arasından seçilib, Türkiyədə öz vətənini təmsil etmək, həqiqətən fəxr ediləsi duyğudur. Məzun yoldaşlarımızla birlikdə, həyata atıldığımızın rəmzi ola məzun papaqlarını havaya atmağın bir başqa gözəlliyi var idi.
Belə yüksək səviyyəli təhsilə görə, tələbələrə göstərilən dəyərə, qayğıya, bir sözlə hər şeyə görə, başda Anadolu Universitetinin Rektoru Prof. Dr. Naci Gündoğana, Anadolu Universitetinin Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmova və əməyi keçən hər kəsə dərin təşəkkürlərimi bildirirəm.
Sonda onu demək istəyirəm ki, Anadolu Universiteti sloganında deyildiyi kimi “Yaşamboyu Eğitim” - oxumağın, öyrənməyin də yaşı, məhdudiyyəti yoxdur. Tələbələrə bir vətəndaş kimi tövsiyyəm zamanlarının, gənclik illərinin qədrini bilərək dəyərləndirsinlər. Məqsədə çatmaq üçün daim, dayanmadan çalışmaq lazımdır. Əmək bazarının, qloballşan dünyanın tələblərini nəzərə alaraq bir ixtisasla kifayətlənməsinlər.
Anadolu Üniversiteti Məzunu Anar Ağazadə
Qeyd edək ki, bugün Anar Ağazadənin Ad Günüdür. Anadolu Universiteti Azərbaycan Proqramları adından, məzunumuz Anar Ağazadəni təbrik edirik, ona can sağlığı, uzun ömür və hər zaman hədəflərinə çatmağını diləyirik.
Hörmətlə,
Gülər Qasımlı
Hüquq Mədəniyyəti Jurnalının Məsul Katibi