Anadolu Universiteti Azərbaycan Proqramları olaraq uğur hekayələri rubrikasını davam etdiririk. Biz bu rubrikanın müntəzəmliyini ona görə təmin edirik ki, burada bəhs etdiyimiz Anadolu Universitetinin tələbə və məzunlarının həyatda qazandığı uğurları, tələbə yoldaşlarına, distant formada ali təhsil almaq istəyən həmyaşıdlarına olan tövsiyələrini oxucularımıza təqdim edək. Məqsədimiz hər bir gəncin özünə həyatda layiqli yer tutmasında yardımçı olmaqdır. Elə bugünkü qonağımız Anadolu Universitetinin son kurs tələbəsi Aysel Məmmədovanın da sizə deyiləsi sözləri var. Həmişə olduğu kimi, onunla da söhbətimizi ənənəvi sualdan başlayırıq.
- Aysel xanım, qısa da olsa, xahiş edirik özünüz haqqında məlumat verərdiniz.
- Mən 12 mart 1996-ci ildə Qazax rayonunda anadan olmuşam. Orta təhsilimi Qazax rayonu Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbində almışam. Hal-hazırda Anadolu Universiteti İqtisadiyyat fakültəsində axırıncı kurs tələbəsiyəm.
- Siz ilk dəfə Anadolu Universiteti Azərbaycan Proqramları haqqında məlumatı necə əldə etdiniz?
- Şübhəsiz ki, hər bir gəncin ən böyük arzularından biri də ali təhsil almaq, inkişaf etmək, cəmiyyətdə öz yerini tapmaqdır. Mən də məktəb illərində təbiiki ali təhsil almaq haqqında düşünürdüm. Hərdən xəyallarım məni çox-çox uzaqlara aparırdı. Xarici ölkə universitet məzunu olmaq haqqında fikriləşsəm də, bu mənə əl çatmaz görünürdü. Lakin, atalar demişkən, niyyətin hara mənzilin də ora. Anadolu Universitetinin mövcudluğu və universitetin distant təhsil növü haqqında məlumatı rəfiqəmdən öyrəndim. Çünki onun bacısı da bu universitetin Azərbaycan Proqramları vasitəsi ilə tələbə adını qazanmışdır. Həmin vaxt mən onuncu sinf şagirdi idim. Anadolu Universitetində tədris türk dilində aparıldığından türk dili qrammatikası üzərində çalışmağa başladım. Əsasən bu istiqamətdə türk dilində kitablar oxudum, lakin bu istiqamətdə əsas yardımçım burada təşkil olunan türk dili hazırlıq kursları oldu. Bunun nəticəsi olaraq məktəbi bitirdikdə, artıq türk dili qrammatikasına yiyələnmişdim. Türk dilini yaxşı mənimsəmək mənə dərslərimdə yaxşı nəticələr əldə etməkdə çox kömək etdi. Elə universitetə qəbul zamanı da çətinlik çəkməmişdim. Bilirəm ki, bir çox gənclər türk dilini bildiklərini zənn edirlər. Televiziya verilişlərini izləməklə türk dilini danışıq səviyyəsində bilmək olar. Odur ki, yaradılan imkandan istifadə edərək, türk dili hazırlıq kursları vasitəsi ilə bu dilə mükəmməl yiyələnmək lazımdır.
- Zəhmət olmasa bir az da təhsil prossesindən danışa bilərsiniz?
- Bildiyiniz kimi distant təhsilin bir çox üstünlükləri var. Azərbaycanda yaşayan gənclər ilk növbədə öz vətənlərini, hətta yaşadıqları rayonu belə tərk etmədən ali təhsil alma imkanından faydalanırlar. Qızların xaricdə təhsil almağına valideynlər çox vaxt icazə vermir, bu baxımdan distant təhsili xüsusilə qızlar üçün daha əlverişli təhsil növü hesab edirəm. Təssəvvür edin ki, dörd il ərzində mən yaşadığım Qazax rayonundan Anadolu Universiteti Azərbaycan Proqramlarının Gəncə regional ofisindən xidmət alaraq təhsil almışam. Bir dəfə də Bakıda qəbul imtahanında iştirak etmişəm. Yəni həm vaxt nöqteyi nəzərindən, həm də maddi cəhəddən bu çox sərfəlidir. Bu həqiqətən böyük üstünlükdür. Ümumiyyətlə, təhsilin distant növünün bir çox digər üstünlükləri də var. Lakin mən özüm üçün daha önəmlilərini qeyd etmək istərdim. Maddi cəhətdən sərfəlilik həmçinin kredit sisteminin tətbiqindən də irəli gəlir. Ən əsas üstünlük isə təhsil alaraq işləmək imkanıdır. Bu üstünlük əyani təhsil növündə mövcud deyil. İşləyən tələbə dərslərinə çox rahatlıqla Anadolum e-kampüs sistemindəki geniş imkanlardan istifadə edərək yararlanır, istədiyi zaman istədiyi yerdən zamanına uyğun olaraq dərslərinə vaxt ayırır və ildə iki semestr olmaqla dörd dəfə imtahanlarda iştirak edərək karyerasında irəliləməyə davam edə bilər. Müntəzəm olaraq Anadolum e-kampüs sistemində mövcud olan canlı e-seminar dərslərdə iştirak etmək, verilən dərsliklərdəki bilikləri mənimsəmək, TRT Okul televiziya vasitəsi ilə yayımlanan dərsləri öyrənmək də çox önəmlidir. Əlavə olaraq qeyd edim ki, işləyən tələbə kontingentini nəzərə alınaraq semestr imtahanları həftənin şənbə və bazar günlərində təşkil edilir.
- Eşitdiyimə görə, elə bu imkandan yararlanaraq, siz də artıq işləyirsiniz.
- Bəli, mən bir təşkilatda kredit mütəxəssisi kimi çalışıram. Bu il universitetdə təhsilimi başa vurduqdan sonra karyeramda daha da yüksəlmək niyyətindəyəm.
- Yəqin ki, sizin əyani təhsil alan qohumunuz və dostlarınız var. Fikrincə, əyani təhsil ilə distant təhsil arasında hansı fərqlər mövcuddur?
- Əyani təhsil alan tələbələr davalı olaraq dərslərə qatılmaq məcburiyyətindədirlər. İmtahanların sayı da həddindən artıq çoxdur, bunun isə tələbələrə müəyyən psixoloji təsiri var. Distant təhsildə isə həm imtahanların sayı azdır, biraz əvvəl də qeyd etdiyim kimi dərslərə Anadolum e-kampüs sistemindəki canlı dərslər, “unite özeti”, “çözümlü sorular”, “sorularla öğrenelim”, “çıkmış sınav soruları”, “deneme test”, “yaprak test”lər vasitəsi ilə məşğul olaraq, universitetə getmədən rahatlıqla imtahanlarda uğurlu nəticələr əldə etmə imkanı var. Yəni lazımi qədər sərbəstlik və öyrənmək üçün geniç imkanlar var.
- Demək təhsilindən tam razısan?
- Əlbəttə ki, çox razıyam. Ümumiyyətlə, bizə burada yaradılan şərait-dərs vəsaitlərinin verilməsi, konferans dərslərin təşkili mükəmməl təhsil almaq imkanı qazandırır.
- Bildiyiniz kimi bizim bu rubrikada işıq üzü görən yazılar tələbələr arasında, həmçinin Anadolu Universiteti Azərbaycan Proqramlarında təhsil alan tələbələr arasında çox izlənilir. Tələbə yoldaşlarınıza hansı tövsiyyələr verərdiniz?
Mənə görə hər bir tələbə oxuduğu universitetin təmsilçisidir, yəni hər bir tələbə öz davranışı, mədəniyyəti və ictimai mövqeyinə görə öz ailəsini təmsil etdiyi kimi, həmçinin öz təhsil aldığı universiteti də təmsil etməkdədir. Tələbə yoldaşlarıma oxuduqları təhsil ocağının adını yüksək tutmağa çalışmağı tövsiyyə edərdim. Çünki Anadolu Universiteti milliyonlarla tələbəni və onlara təhsil almaqda yardımçı olan professor-müəllim heyətini birləşdirən bir möhtəşəm təhsil sistemidir. Burada hər şey bir amal üçün yaradılıb, yüksək səviyyəli mütəxəssislər hazırlamaq və onlara həyatda inkişaf etmək üçün bütün bacarıqları aşılamaqdır.
- Dediklərinizdən belə çıxır ki, uğurlu tələbə olmaq üçün müntəzəm olaraq öz üzərində işləməlisən.
- Təbii ki. Lakin dediklərim uzun-uzadı səslənsə də, təhsil prosesində müntəzəm olaraq, günbəgün iştirak edilsə, tələbələrimiz və tələbə olmaq arzusu ilə yaşayan gənclərimiz bunun elə də çətin olmadığını hiss edəcəklər. Əsas müntəzəmlikdir.
- Aysel xanım, sizə bu maraqlı müsahibə üçün təşəkkür edirik.
- Mən də öz növbəmdə sizə bu fürsəti yaratdığınız üçün minnətdaram. Sonda bir fikrimi də ifadə etmək istərdim ki, unutmayaq Anadolu Universiteti mənim kimi, hər bir gəncin gələcəyinin uğur açarı ola bilər. Bu işdə bizə köməyini əsirgəməyənlərə də dərin minnətdarlığımı bildirirəm. Əsasən də Azərbaycan Proqramlarının rəhbərliyinin və işçilərinin bu işdə əməyini xüsusi ilə qeyd etmək istərdim.
- Sağ ol. Sənə həyatda müvəffəqiyyətlər arzulayırıq.