ANADOLU UNİVERSİTETİ - ASİM BARATZADƏ MÜSAHİBƏ

ANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏ Əvvəla sizi Anadolu Universiteti Azərbaycan Proqramlarından məzun olduğunuz üçün təbrik edirik. Zəhmət olmasa, özünüz haqqında qısa məlumat verərdiniz.
- Mən Asim Baratzadə Hafiz oğlu 1993-cu il 21 avqust Xızı rayonunda anadan olmuşam. Təbrikiniz üçün sizə öz minnətdarlığımı bildirirəm.
- Anadolu Universiteti distant təhsil sistemi məzunu olaraq, təhsilin bu növü ilə bağlı fikirlərinizi öyrənmək bizə və oxucularımıza maraqlı olardı.
- Təbiiki qəbul olmadan əvvəl Anadolu Universitetinin yüksək təhsil verməsi və Türkiyədə nüfuzlu bir universitet olması haqqında məlumatlı idim. Hər kəs kimi mənim də arzum hər zaman nüfuzlu universitetlərin birinin məzunu olmaq olub. Lakin İT sahəsində işlədiyim üçün əyani oxumaq imkanım yox idi. Anadolu Universitetinin “Azərbaycan Proqramları” adlı layihəsi sayəsində öz xəyalımı gerçəkləşdirmə fürsətim oldu. Azərbaycan gənclərinin Türkiyəyə getmədən distant təhsil sayəsində ali təhsil verməsini öyrənəndə sevincimin həddi-hüdudu yox idi. Mən qəbul olan il distant təhsil Azərbaycanda indiki kimi geniş yayılmamışdı. Mən məhz distant təhsil sayəsində bakalavr təhsilimi tamamlayaraq bu il məzun oldum. Distant təhsili Azərbaycana gətirən Anadolu Universiteti Rektorluğuna, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatorluğuna minnətdarıq və çox şadam ki, bu böyük Anadolu ailəsinin bir fərdi oldum. Təhsilin distant növü mənə görə dünyanın istənilən nöqtəsində uğur qazana biləcək və tələbələrə uğur qazandıracaq bir təhsil sistemidir.
- Ali təhsil almaq həyatımızda mühüm yer tutur. Bu mənada, bitirdiyiniz Anadolu Universitetinin sizin həyatınızda oynadığı roldan və sizə verdiyi təhsilin keyfiyyəti barədə fikirlərinizi öyrənmək maraqlı olardı?
- Hər bir insanın qarşısına qoyduğu bir məqsədi var və bu məqsədə çatmaq üçün ali təhsil almaq çox vacibdir. Mən də məqsədlərimə çatmaq üçün Anadolu Universitetinin məzunu olmağı seçdim. Anadolu Universiteti öz tələbələrinə keyfiyyətli ali təhsil almaları üçün hər bir şərait yaradıb, istər dərslik kitabları, istərsə də online videokonfrans dərslər, kitablarla təmiant isə tələbələrə böyük dəstək olur. Bu da tələbənin imtahana rahatlıqla hazırlaşmasında və uğurlu nəticə əldə etməsində böyük rol oynayır. Bundan əlavə hər bir tələbənin öz şəxsi portalında Anadolum “e-kampüs” sistemində, dərsliklərin pdf kitab versiyası, “unite özeti”, “çıkmış sınav soruları”, “sorularla öğrenelim”, “çözümlü sorular”, “sesli kitap” və.s vəsaitlərdən hər bir tələbə yararlana bilir. Bu baxımdan təhsil keyfiyyəti yüksək olan Anadolu Universitetinin məzunu olmaq qürurvericidir.
- Hər kəs universitetdə təhsil alarkən gələcək üçün bəzi xəyallar qurur. Təhsil aldığınız müddətdə gələcəyinizlə bağlı planlarınız nədən ibarət idi ?
- Hər kəsin gələcəklə bağlı böyük xəyalları olur, mənim də ən böyük istəyim əyləncə mərkəzləri şəbəkəsi qurmaqdır. Bu arzumu reallaşdıracağıma inanıram
- Hər il ənənəvi olaraq Türkiyədə keçirilən “Məzun Günü” tədbirində bu il siz də iştirak etdiniz, təəssuratlarınızı bilmək istərdik.
- O gözəl və özəl günü yaşamaq mənə də nəsib oldu. Türkiyədə keçirilən möhtəşəm “Məzun Günü”nün əsas məqsədi keplərin havaya atılmasıdır. Mən bu sevinci öz məzun yoldaşlarımla birgə yaşadım və orda dünyanın bütün ölkələrindən olan məzunlar var idi. Bir şeyid də qeyd edim ki, Azərbaycana qarşı xüsusi diqqət və qayğı gördük. Biz tədbirin keçirildiyi "İki Eylül" stadionuna daxil olarkən çox fərqli şəkildə hər birimizin əlində bayraqlarla daxil olduq böyük bir izdiham və coşqu var idi amma Azərbaycan tələbləri izdihamın içində xüsusilə seçilirdi. Bu da bizim fərqimiz idi yəqinki :)
- Hal-hazırda Anadolu Universiteti Azərbyacan Proqramlarında oxuyan tələbə dostlarınıza tövsiyyələriniz nədir?
- Bir məzun olaraq tələblərə tövsiyyəm imtahana az vaxt qalmış hazırlaşmağa çalışmasınlar, imtahanlara hazırlaşmaq üçün kifayət qədər vaxt olur, bu vaxtdan səmərli istifadə etsinlər, dərslikləri oxuduqdan sonra əvvəlki illərin testləri ilə oxunanları möhkəmləndirmək lazımdır. Sonda hər bir tələbə dostumuza məzun olmağı və o möhtəşəm “Məzun Günü” tədbirində iştirak etməyi arzu edirəm.
- Bundan sonra yeni biliklər əldə etmək istədiyiniz başqa sahələrlə bağlı yenidən Anadolu Universitetinə müraciət edərsinizmi?
- Turizm və Otelçilik sahəsində təhsil almağı çox istərdim, çünki bu sahəyə böyük marağım var. Amma hələki başqa planlar nəzərdə tutduğum üçün hal-hazırda istədiyim bu sahə üzrə təəssüfki təhsil ala bilmirəm.
- Anadolu Universitetində təhsil almış bir tələbə kimi abituriyentlərə universitet seçimində kömək edəcək hansı məsləhətləri verə bilərsiniz?
- Ən gözəl seçimi təbiiki abituriyentlər özləri edəcəklər. Amma hər bir abituriyent keyfiyyətli təhsil axtarşında olur və bunun üçün çox vaxt xaricə üz tuturlar. Odur ki, onlara Azərbaycanı tərk etmədən Anadolu Universitetində təhsil almalarını məsləhət görürəm.

Müsahibəni hazırladı: Gülər Qasımlı




ANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏ
ANADOLU UNİVERSİTETİ  - ASİM BARATZADƏ MÜSAHİBƏ

Oxşar xəbərlər