Magistraturaya daxil olan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi nəticəsində magistraturaya qəbul olan oğlanların sayı əhəmiyyətli dərəcədə artıb.
Təhsil-press.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə əməkdaşlığı ilə “Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən il magistraturaya daxil olanların sayı 4700-dən az idisə, bu il onların sayı 6000-dən çox olub.
M.Cabbarov bildirib ki, ölkəmizdə universitet və elmi tədqiqat institutları innovativ olmağa çalışırlar.
Nazir qeyd edib ki, universitet və elmi tədqiqat institutlarının fəaliyyətinin kommersiyalaşdırılması da əhəmiyyət kəsb edir: "Universitetlərin fəaliyyətinin beynəlmiləşdirilməsi mühüm amildir. Hər bir təhsil müəssisəsinin düzgün qurulmuş əqli mülkiyyət siyasəti olmalıdır".
Nazir deyib ki, ölkəmizdəki universitetlərdə piratçılığa qarşı mübarizə aparılsa da, bu işlərin kompleks şəkildə həyata keçirilməsi vacibdir.
Təhsil-press.az