İstanbul Vəkillər Kollegiyasında (Barolar Birliyi) “müdafiənin-müdafiəsi “mövzusunda ənənəvi illik elmi konfrans keçirilib.
Konfransda İstanbulun tanınmış vəkilləri, hakimləri, hüquq ekspertləri və bir sıra ali təhsil ocaqlarının təhsildə fərqlənən tələbələri iştirak edib.
Ənənəvi toplantıda əsasən, beynəlxalq arenada böyük mübahisə doğuran məhkəmə qərarları, insan hüquq və azadlığının qorunmasında vəkillərin üzləşdiyi problemlər, məhkəmə qərarları və icraatları məsələləri geniş müzakirə olunub.
İstanbul Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kursunu uğurla başa vurduğuna görə toplantıya dəvət alan azərbaycanlı tələbə Səma Aslanovanın almaniyalı professor Martin Lutherin haqsız mühakimə olunması mövzusundakı çıxışı maraqla qarşılanıb. Hakimlərin çıxardıqları hər bir qərara görə tarixə gölgə deyil, işıq saçmağa səsləyən azərbaycanlı tələbə 1521-ci ildə Worms məhkəməsi tərəfindən haqqında ədalətsiz qərar çıxarılmış məşhur din aliminin bu gündə tarixi mübahisə predmeti kimi aktul olaraq qaldığını bildirib.
İstanbul Barolar Birliyinin başqanı Mehmet Durakoğlu tarixi bir mövzuya müraciət etdiyinə görə, Səma Aslanovaya rəhbərlik etdiyi qurumun xüsusi sertifikatını təqdim edib.
Azərbaycanlı tələbə Təhsil-press.az-a bildirib ki, İstanbul Barolar Birliyinin gələn ilki elmi konfransında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülərək haqlarında ömürlük və 24 il həbs cəzası verilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında ədalətsiz qərarla bağlı çıxış edəcək: "Gələcəkdə əsas məqsədim beynəlxalq dərəcəli vəkil statusuna yiyələnməkdir".
S.Aslanova bildirib ki, bir azərbaycanlı gənc olaraq qarşısında dayanan ən ümdə məsələlərdən biri - ermənilərin son 2 əsrdə xalqımıza və torpaqlarımıza qarşı yürütdüyü işğalçılıq və soyqırım siyasətini, xüsusən də Xocalı qətliamını soyqırım olaraq beynəlxalq hüquqi müstəvidə tanitdırmaqdır.
Qeyd edək ki, S.Aslanova 2015-ci ildə yüksək balla İstanbul Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub. Bu il həmin Universiteti uğurla başa vurduğu üçün İstanbul Barolar Birliyinin elmi konfransında çıxış edən 3 tələbədən biridir.
Təhsil-press.az