BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb İstanbul Universitetinin rektoru, professor Mahmut Ak, İstanbul Kəmərburqaz Universitetinin rektoru, professor Cağrı Erhan və Ege Universitetinin rektoru, professor Hatice Beril Dedeoğlu Bakı Dövlət Universitetində (BDU) olublar.
Qonaqlara universitet haqqında məlumat verən rektor, akademik Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, üzvü olduğu qurum və birliklərdəki fəaliyyətindən, o cümlədən Turkiyə universitetləri ilə əməkdaşlıq münasibətlərindən bəhs edib.
Türkiyəli rektorlar, öz növbələrində, təmsil etdikləri ali təhsil müəssisələri barədə danışıb, BDU ilə əməkdaşlıq əlaqələrinin qurulmasına maraqlı olduqlarını bildiriblər.
Qarşılıqlı maraq doğuran görüşdə BDU ilə Türkiyənin İstanbul Universiteti, İstanbul Kəmərburqaz Universiteti və Ege Universiteti arasında müqavilə imzalanıb. Müqavilədə birgə elmi tədqiqatların aparılması, konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və tələbə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.
Sonra İstanbul Kəmərburqaz Universitetinin rektoru, professor Cağrı Erhan redaktoru olduğu «Qafqazın yüksələn ulduzu İlham Əliyev dönəmində Azərbaycan» kitabını BDU-ya hədiyyə edib.
Görüş qonaqların BDU-nun elmi-tədqiqat və tədris laboratoiyaları, mərkəz və muzeyləri ilə tanışlıqdan sonra başa çatıb.

BDU-nun Mətbuat Xidməti


BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıbBDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıbBDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıbBDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

Oxşar xəbərlər