Elxan Yaqubov: “ƏLİMİZDƏN GƏLƏNİ EDİRİK Kİ, BİOLOJİ TƏBADƏTİ AZƏRBAYCANDA İNKİŞAF ETDİRƏK...”

Elxan Yaqubov: “ƏLİMİZDƏN GƏLƏNİ EDİRİK Kİ, BİOLOJİ TƏBADƏTİ AZƏRBAYCANDA İNKİŞAF ETDİRƏK...” Bu gün dünyanın inkişaf etmiş bir çox ölkələrində özünə böyük inam və etibar qazanmış bioloji təbabət sistemli müalicə artıq Azərbaycanda da özünü təsdiqləməkdədir. Dünya səhiyyəsinin son nailiyyətlərindən olan bioloji təbabətin respublikamızda ilk tətbiqini isə özəl sektor həyata keçirib.
Azərbaycanda bioloji təbabətin inkişafı iş adamı Elxan Yaqubovun adı ilə bağlıdır. Bu ad həm respublikamızda, həm də bir sıra xarici ölkələrdə çoxlarına tanışdır. Onun ciddi səyləri artıq öz bəhrəsini verməkdədir və inamla demək olar ki, Bakı şəhərindəki Bioloji Təbabət Klinikası öz uğurlu nəticələrinə görə dünyada bu istiqamətdə fəaliyyət göstərən klinikalardan seçilir.

Müsahibimiz Bioloji Təbabət Klinikasının təsisçisi və baş direktoru Elxan Yaqubovdur.
-Elxan müəllim, hər hansı müəssisə, təşkilat və təsərrüfatla tanışlıq, adətən, xarici görnüşdən, görkəmdən başlayır. Bu mənada klinikanız hamıda təbii ki, müsbət rəy aşılayır. Hər tərəfdə səliqə-sahman, dünya standartlarına cavab verən müasir müayinə və müalicə aparatları ilə təchiz edilmiş geniş otaqlar, avtomatlaşdırılmış laboratoriya, ən əsası isə ixtisaslaşmış tibb personalı -bütün bunlar, şübhəsiz ki, ciddi zəhmətin, gərgin əməyin bəhrəsidir?
-Siz sualınıza elə özünüz də aydınlıq gətirdiniz. Çox doğru buyurursunuz, çətin, narahat, əziyyətli günlərim az olmayıb. Bioloji təbabətlə bağlı fəaliyyətimin ilk illərində uğursuzluqlarım da olub. Müxtəlif maneələrə də rast gəlmişəm. Amma ruhdan düşməmişəm. Deyl Karneginin sözləriylə desək, hesab eləmişəm ki, uğursuzluq uğura aparan yolun başlanğıcıdır. Həyatda hər bir uğursuzluğa, müvəffəqiyyətsizliyə tez təslim olmaq lazım deyil. Digər tərəfdən, nə iş görürsən gör, gərək ona ürəkdən yanaşasan, onun yolunda mübarizə aparasan, döyüşəsən, həmin iş, necə deyərlər, sənin həyat funksiyana çevrilməlidir...
Allaha şükürlər olsun ki, çətinliklərimizin hamısı artıq arxada qalıb. Həm dövlətimizin dəstəyinə, həm də ölkədə aparılan yeniləşmə prosesinə arxalanaraq bu işin öhdəsindən gəldik.
-Siz tanınmış iş adamısınız. Necə oldu ki, başqa sahə yox, məhz bioloji təbabətin Azərbaycana gətirilməsi, onun ölkəmizdə inkişafı kimi çox ağır bir sahə ilə məşğul olmağı qarşınıza məqsəd qoydunuz?
-Bilirsiniz, biz “Planeta” apteklərində gördük ki, Almaniyanın Heel firmasının preparatlarına Azərbaycanda böyük ehtiyac var. Bu firmanın istehsal etdiyi preparatların gətirilməsinə biz daha çox üstünlük verdik...
Məlumdur ki, bioloji təbabətin vətəni Almaniyadır. Lakin 50 ildən artıqdır ki, tək Almaniyada deyil, Avropanın bir çox ölkələrində, Amerikada, Braziliyada, Kolumbiyada, hətta, Afrika ölkələrinin bəzisində həkimlər bioloji təbabətin müalicə üsullarından istifadə edirlər. Keçən əsrin 90-cı illərindən etibarən isə bu təbabətin müalicə üsulları Rusiya, Ukrayna, Qazaxıstan və Baltikyanı ölkələrdə tətbiq olunur. Bütün bunları nəzərə alaraq biz Heel firmasına müraciət edib, onlarla müqavilə bağladıq ki, orada olan Bioloji Təbabət və Biotənzimləyici Təbabət Cəmiyyəti ilə yaxından tanış olaq, onların gördüyü işləri öyrənək. Onlar da bizə məsləhət gördülər ki, əgər siz də bioloji təbabəti Azərbaycanda yaysanız, bunun insanların sağlamlığına böyük xeyiri ola bilər. Beləliklə, 2009- cu ildən fəaliyyətə başlayan gördüyünüz bu Bioloji Təbabət Klinikasının əsasını qoyduq. Klinikaya bioloji təbabəti bilən, bu sahə üzrə kurs keçmiş həkimləri işə götürdük, bura xarici ölkələrdən tibb avadanlıqları gətirdik.
-Yeri gəlmişkən, sizdə olan tibb avadanlığına, laboratoriya cihazlarına digər özəl tibb müəssisələrində çox az rast gəlmək olar...
-Xroniki xəstəliklərinin getdikcə artdığı indiki zamanda, əlbəttə, düzgün, həm də erkən diaqnostika çox mühüm şərtdir. Düzgün diaqnostika üçün isə təbii ki, ilk növbədə güclü, dünya standartlarına cavab verən, yüksək dəqiqliklə işləyən laboratoriya lazımdır.
Gördüyünüz bu tibb avadanlıqlarına biz birdən-birə sahib olmamışıq. Bu avadanlığa görə mən dəfələrlə xarici ölkələrə getmişəm. Hər bir tibb aparatının iş prinsipini öyrənmişik, mütəxəssislər dəvət eləmişik və s. Bir sözlə, dünya səhiyyə sistemində tətbiq olunan ən müasir, ən güclü, ən effektli diaqnostik aparatların axtarışında olmuşuq, onu klinikamıza gətirmişik. Məsələn, bizdə elə müayinə üsulları var ki, qulağın məməciyindən götürülən bir damla qanı qaranlıq sahəli mikraskopda analiz etməklə orqanizmdəki gizli qalan bir çox xəstəlik haqda məlumat ala bilirik. Hansı ki, bu məlumatları heç bir başqa laboratoriyada etmək olmur.
-Bioloji təbabətin müalicə üsullarından istifadə edən həkim, şübhəsiz ki, özünün peşəkarlığı ilə seçilməli, ixtisaslaşmalı, bioloji təbabəti mükəmməl bilməlidir. Bu sahədə hansı işlər görülür?
-Əvvəla onu deyim ki, bioloji təbabət akademik təbabətin davamıdır. Akademik təbabəti yaxşı bilmədən bioloji təbabətin sirlərinə mükəmməl yiyələnmək olmaz. Bir çox xarici ölkələrdə bioloji təbabət üzrə ibtidai bilikləri əvvəlcə tibb universitetlərində öyrədirlər. Daha sonra bu sahədə biliyini inkişaf etdirmək istəyən magistraturada, bioloji təbabət üzrə tədris kurslarında davam etdirə bilər. Məsələn, Kolumbiyada 40 ildir ki, 7 universitetdə bioloji təbabət tədris edilir, 2 universitetdə isə bioloji təbabət üzrə magistratura var. Almaniyada həkimlər üçün bioloji təbabətin müxtəlif üsullarını tədris edən bir çox məktəb fəaliyyət göstərir.
Azərbaycanda 2001-ci ilə qədər bioloji təbabət üzrə mütəxəssis çox az idi. Biz klinika yaranan gündən etibarən dünyanın məşhur həkimlərini Azərbaycana dəvət etdik, burada pulsuz seminarlar, kurslar təşkil etdik və bu tədbirlərdə iştirak edən azərbaycanlı həkimlər bioloji təbabətlə müalicə yollarını öyrənməyə başladılar. Bu gün də həmin ənənəni davam etdiririk. Bu günə qədər həmin seminarlarda respublikamızın müxtəlif bölgələrindən olan 7000-dən çox həkim iştirak edib. 92 saatlıq bütöv kursu isə 5000-dən çox həkim bitirib və sertikifat alıb. Artıq onlar bioloji təbabətlə müalicə etməyi bacarırlar. Biz belə seminarları Almaniyadan, İsveçrədən, habelə, başqa xarici ölkələrdən dəvət etdiyimiz yüksək ixtisaslı həkimlərlə təkcə Bakıda deyil, Azərbaycanın bir çox şəhərində, o cümlədən, Gəncə, Mingəçevir,Göyçay, Bərdə, Sumqayıt, Naxçıvanda da təşkil etmişik. Sonra qərara gəldik ki, bölgələrdə də BiolojiTəbabət Klinikasının filiallarını yaradaq. Çünki buna ehtiyac çoxdur. Göyçay, Sumqayıt şəhərlərində artıq Bioloji Təbabət Klinikaları fəaliyyət göstərir, yaxın vaxtlarda isə Masallıda daha bir klinikamız Cənub bölgəsi əhalisinin istifadəsinə veriləcək...
Biz, eyni zamanda, bioloji təbabətin elmi prinsiplərini öz təcrübələrində tətbiq edən həkimlərimizi müntəzəm olaraq xarici ölkələrdə təşkil olunan elmi-praktiki kurslara, seminarlara göndəririk. Çünki bioloji təbabətlə müalicə aparan həkim bu təbabəti daim öyrənməlidir. O, bioloji təbabət üzrə nə qədər çox müalicə üsulu bilsə, həkimlik səviyyəsi də bir o qədər yüksək olar.
- Elxan müəllim, statistik məlumatlara görə insanlar bu gün daha çox bioloji təbabətlə müalicəyə üstünlük verirlər. Hansı xroniki xəstəliklər klinikanızda tam müalicə olunur?
-Elədir, son on ildə bioloj təbabət dünyada geniş yayılıb və hazırda 60-a yaxın ölkədə tətbiq olunur. Bu müalicə metodu Almamiyada 1936, Rusiyada 1993, Ukraynada 1995, Gürcüstanda 1996, Azərbaycanda isə 2001-ci ildən tətbiq edilir. Əsası 2009-cu ildə qoyulan və mübaliğəsiz desək, çox qısa zamanda əhatə dairəsinə görə təkcə Azərbaycanda deyil, yaxın xarici ölkələrdə də tanınan Bioloji Təbabət Klinikası respublikamızda yeganə tibb müəssisəsidir ki, bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla müalicə aparmaq sahəsində ixtisaslaşıb. Bu təbabətdə istifadə olunan preparatlar Almaniyanın əczaçılıq zavodlarında xüsusi texnologiyalar əsasında hazırlanır və həm kəskin, həm də xroniki xəstəliklərin müalicəsində istifadə edilir. Düzdür, indi dünyada istənilən xəstəliyə qarşı dərman preparatları mövcuddur. Lakin əksəriyyəti kimyəvi tərkibli olan bu preparatlar xəstəliyin yalnız əlamətlərini yüngülləşdirir, onun törəmə səbəblərini aradan qaldıra bilmir. Bununla yanaşı, kimyəvi dərmanların zərərli təsiri nəticəsində sağlam orqan və toxumalar da zədə alır. Bioloji təbabət üsulu ilə müalicə zamanı isə istifadə olunan dərmanların, demək olar ki, heç bir əlavə təsiri olmur. Bu o deməkdir ki, müalicə zamanı qaraciyərə, böyrəklərə və s. orqanlara heç bir zərər dəymir.
Klinikamızda dünyada müalicəsi çətin olan bir sıra xəstəlik var ki, məsələn: qırmızı qurd eşənəyi, psarioz, bel yırtığı, sakalios, dağınıq skleroz, poliartrit, artroz, osteoxandroz və başqaları, Almaniyada istehsal olunan həmin o bitki, heyvan mənşəli preparatların köməkliyiylə tam müalicə etmək mümkündür. Ona görə də mən həmvətənlərimizə demək istəyirəm ki, belə xəstəliklərin müalicəsi üçün xaricə getmək lazım deyil. Bizim Klinikaya müraciət edin və müsbət effektini də görün...
-Sonda bizi oxuyanlara, ümumilikdə xalqımıza daha nələri demək istərdiniz?
-İnsan üçün ən əziz, ən qiymətli olan can sağlamlığıdır. Onunla bağlı bir problem hiss etdikdə nə qədər həkimə tez müraciət etsə, bir o qədər müsbət nəticəsi olar. Təəssüf ki, coxları buna əməl eləmir, həkimə gec müraciət edir. Bu hal xüsusiylə xalqımız üçün xarakterikdir. Məsələn, əksər insanlar ağrılara, tutaq ki, bel, kürək, boyun, yaxud da baş ağrılarına ciddi yanaşmır. Lakin unutmaq olmaz ki, əgər bədəndə davmlı ağrılar varsa və bu ağrılar həyat fəaliyyətinə mane olursa, mütləq həkimə müraciət olunmalıdır. Ağrılar, belə desək, orqanizmin həyacan təbilidir. O, bədənin hansısa hissəsində problemin yaranması ilə bağlı xəbərdarlıq edir...
Biz Bioloji Təbabət Klinikasını məhz xalqımıza keyfiyytli tibbi xidmət göstərmək üçün yaratmışıq. Əlimizdən gələni edirik, çalışırıq bioloji təbabəti Azərbaycanda inkişaf etdirək ki, həmvətənlərimiz, yuxarıda qeyd etdiyim kimi, müalicəsi çətin olan bir sıra xəstəliklərə görə böyük pullar xərcləyib xarici ölkələrə üz tutmasınlar. Bizə müraciət etsinlər və şəfa tapsınlar...
– Müsahibə üçün sağ olun.
Bakı,: 3 mkr., Pişəvəri-110
(M. Əcəmi m.st. yaxınlığında)
Tel.: (012) / (050) / (055) / (070) 430 89 89

www.btk.az

Səyadulla Kərimli,
yazıçı-publisist,
respublikanın əməkdar
jurnalisti


Elxan Yaqubov: “ƏLİMİZDƏN GƏLƏNİ EDİRİK Kİ, BİOLOJİ TƏBADƏTİ AZƏRBAYCANDA İNKİŞAF ETDİRƏK...”

Oxşar xəbərlər