Macarıstan səfiri Tərcümə Mərkəzində olub

Macarıstan səfiri Tərcümə Mərkəzində olub Sentyabrın 28-də Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Macarıstan ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən, əsərləri müxtəlif dövrlərdə “Xəzər” dünya ədəbiyyatı jurnalında işıq üzü görmüş İmre Kertes, İştvan Qall və digər bu kimi tanınmış macar ədiblərinin əsərlərindən söz açılıb, artıq bir çox dillərə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Macarıstanda, macar yazıçı və şairlərindən ibarət toplunun Azərbaycanda nəşrinə dair məsələlər müzakirə olunub.
Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan – tanınmış macar yazıçısı, Nobel mükafatı laureatı İmre Kertesin “Talesiz” kitabı hədiyyə edilib.

Tərcümə Mərkəzi

Oxşar xəbərlər