Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində

Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində Mayın 12-də Almaniyanın “Verlag H.Y.Maurer” nəşriyyatının direktoru cənab Hans Yurgen Maurer ARNK yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı müxtəlif dövrlərdə Henrix Böll, Herbert Franke, Herman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass, Lion Feyxtvanger kimi məşhur alman ədiblərinin əsərlərinin Tərcümə Mərkəzi tərəfindən tərcümə edilərək, Azərbaycan oxucusuna tanıdılmasından söz açılıb. Daha sonra Azərbaycan-Almaniya ədəbiyyatları arasında ədəbi körpülərin qurulması və Azərbaycan ədəbiyyatının Almaniyada tanıdılması istiqamətində böyük əhəmiyyət kəsb edəcək “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Frankfurtda nəşri, Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdimatı, kitabın Almaniya və Avstriyanın aparıcı kitabxanalarına paylanılmasına dair məsələlələr müzakirə olunub.


Oxşar xəbərlər