Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) təşkilatçılığı ilə “Yanacaqlar, yanacaq komponentləri, xüsusi təyinatlı mayelər, yağlar və aşqarlar” mövzusunda respublika elmi-texniki konfrans keçirilib.
Tədbir kimya elmləri doktoru, professor Sultan Sultanovun anadan olmasının 90 illiyinə həsr edilib. Konfrans görkəmli alimin raket, dizel və reaktiv yanacaqlarının alınması istiqamətindəki rolunu bir daha diqqətə çatdırmaq məqsədilə təşkil olunub. NKPİ-nin direktoru, akademik Vaqif Abbasov və texnika elmlər doktoru Səyyarə Əliyeva kimyaçı alimin fəaliyyətindən danışıblar. AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, alimin tələbəsi Hamlet Məhərrəmov professor S.Sultanov haqqında xatirələrini söyləyiblər.
Diqqətə çatdırılıb ki, Azərbaycan nefti əsasında istehsal edilən reaktiv yanacağının keyfiyyətini yaxşılaşdırılması və yeni yanacaq növlərinin alınması S.Sultanovun əsas elmi istiqamətidir. Apardığı sistematik və məqsədyönlü tədqiqatları nəticəsində o, Azərbaycan neftinin emalında yeni elmi istiqamətin əsasını qoyub.
Alimin ailəsi adından çıxış edən AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Konfransda “Reaktiv və raket yanacaqlarının alınma texnologiyası”, “Reaktiv və raket yanacaqları üçün sintetik komponentlər” və “Mühərrik yanacaqları üçün aşqarlar” bölmələrində məruzələr dinlənilib.
Təhsil-press.az