İyunun 29-30-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) təşkilatçılığı ilə “Neftkimya sintezi və mürəkkəb kondensləşmiş sistemlərdə kataliz” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək.
Tədbir görkəmli alim, Əməkdar Elm Xadimi, akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunub. Konfransın keçirilməsinin əsas məqsədi alimin neft kimyası elminin inkişafındakı rolunun işıqlandırılması, dünyada aparılan elmi tədqiqatların inteqrasiyası və müasir prioritetlərin müəyyənləşdirilməsidir.
Tədbirdə “Neftkimyası və neft emalı”, “Üzvi kataliz”, “Polimer materiallar və kompozitlər” bölmələr üzrə müzakirələr aparılacaq.

Hüseyn Şərifov