Dünyada innovasiya sahibkarlığı
Dünyada qloballaşmanın, eləcə də yüksək texnologiyaların istehsalının və tətbiqinin təsiri ilə baş verən sürətli dəyişikliklər, həmçinin rəqabət anlayışının aktuallaşması iqtisadiyyatda innovasiyalara əsaslanan yanaşmaları zəruri edir. Bu cür yanaşmaların hərəkətverici qüvvəsi kimi bilinən, dünyanın inkişaf etmiş ölkələrində də özünü isbatlamış innovasiya iqtisadiyyatı və onun komponentlərinin öyrənilməsi hələ keçən onillikdə Azərbaycanda geniş müzakirə mövzusu idi. Son zamanlar isə, xüsusilə qeyri-neft sektorunun inkişaf etdiriməsi, eləcə də iqtisadi potensialın daha səmərəli istifadəsinin zəruriliyi müstəvisində bu sahə Azərbaycanda ən aktual sahələrdən birinə çevrilmişdir.
Azərbaycanda qarşıya qoyulan iqtisadi inkişaf strategiyasının əsasını qeyri-neft sektorunun iqtisadi baxımdan rentabelli inkişafı və regionaların inkişafı istiqamətinə hədəflənmişdir. Bu həm də ölkədaxili təbii potensial imkanlarının daha səmərəli istifadəsi üçün, regional və qlobal iqtisadi mövqelərin verdiyi əlverişli strateji imkanların maxsimum dəyərləndirilməsi, eləcə də intelektual yanaşmanın tətbiqi ilə mümkün ola bilər. Digər tərəfdən, sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid ilə daha da aktuallaşan intelektual insan gücünün inkişafı problemi bu yanaşmanın əhəmiyyətini daha da artırır. Belə ki, informasiya cəmiyyətinin başlıca tələblərindən biri də bilik əsaslı iqtisadiyyatın formalaşdırılmasıdır. Nəzərə alınmalıdır ki, bilik əsaslı iqtisadiyyatın başlıca hərəkətverici qüvvəsi isə, nəzəri bilikləri ilə yanaşı, həmin sahədə peşəkar bacarıqları ilə də fərqlənən intellektual insan gücüdür.
İnnovasiya sahibkarlığının inkişaf etdirilməsi sənayeləşmədən informasiya cəmiyyətinə keçid prosesi ilə birlikdə daha çox əhəmiyyət kəsb edir. Tədiqatlar göstərir ki, G-7 ölkələrində (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə, ABŞ) innovasiya iqtisadiyyatının (xüsusilə innovasiya sahibkarlığı) inkişaf səviyyəsi ilə illik iqtisadi artım arasında ciddi əlaqə mövcuddur.
BMU sahibkar universitet modelini inkişaf etdirməyə real namizəddir
İnnovasiyaların inkişafına əsaslanan yanaşmalar və bu sahənin lokomotivi kimi bilinən texnoparkların dərindən öyrənilməsi, o cümlədən ölkəmizdə tətbiqi yollarının kompleks qiymətləndirilməsi əhəmiyyət kəsb erdir. Bununla yanaşı, bu sahənin inkişafı bilik əsaslı yanaşmalar xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, kitabda da qeyd olunduğu kimi, innovasiyta sahibkarlığının inkişafı üçün xüsusi zonaların (ekosistemin) formalaşdırlması ən vacib məqamlardandır. Dünya təcrübəsində bu prosesin universitetlər və ya elmi tədqiqat institutları ilə birgə baş verdiyi müşahidə edirilir. Qeyd olunduğu kimi, bu sahə bilik əsaslı iqtisadiyyat hesab olunur. Ona görə də, bu işdə elm və təhsil müəssisələrinin rolu əvəzedilməzdir. Bu zərurətdən irəli gələrək, dünyada yeni yanaşmalar müstəvisində sahibkar universitet anlayışı formalşmaqdadır. Nəzərə alsaq ki, 2016-cı il Noyabrın 8-də Ölkə Prezidentinin sərəncamı ilə yaradılan Bakı Mühəndislik Universiteti (BMU) Azərbaycan Respublikasında mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi daşıyır, onda deyə bilərik ki, bu ali təhsil müəssisəsinin Publik Hüquqi Şəxs kimi fəaliyyətində sahibkar universitet yanaşması da uğurlu alına bilər. Belə ki, BMU sahibkar universitet modelini formalaşdırmaq üçün zəruri olan gənc və dinamik professor-müəllim heyəti ilə intellektual potensiala, o cümlədən maddi texniki bazaya və bizneslə yaxşı əlaqələrə malikdir. Bunun bariz nümunəsidir ki, Universitetdə Texnopark, o cümldən İnkubasiya Mərkəzi fəaliyyət göstərir. Təsadüfi deyildir ki, Azərbaycanda ən böyük startap proqramı hesab olunan "Yeni Fikir" startap müsabiqəsi də BMU tərəfindən təşkil olunur. bütün bunlarla yanaşı, Universitetdə müxtəlif ixtisaslarda təhsil alan bakalavr və magistr tərləbələrinə "Sahibkarlığın əsasları" fənni də tədris olunur. Universitetdə fəaliiyət gösətərən bəzi müəllimlər, eləcə də tələbələr intellektual sahədə öz bizneslərini inkişaf etdirməklə yanaşı, həmçinin bir sıra intellektual xidmətlərini dövlət və özəl sektora aid müəssisələrə sata da bilirlər.
Qeyd olunan məqamlarla bərabər "İnnovasiya sahibkarlığı və texnoparklar" adlı dərs vəsiaitinin də BMU-da ərsəyə gəlməsi gözlənilən hal kimi qiymətləndirmək olar.
"İnnovasiya sahibkarlığı və texnoparklar" adlı kitab nədən bəhs edir?
Yuxarıdakıları nəzərə alaraq, deyə bilərik ki, İsa Qasımov və Fərid Cəbiyevin birlikdə hazırladıqları "İnnovasiya sahibkarlığı və texnoparklar" adlı kitab Azərbaycanda yüksək texnologiyaların, o cümlədən innovasiyaların tətbiqinə əsaslanan sahibkarlığın (eləcə də əlavə dəyərə malik məşğullluğun) inkişafının aktuallığı müstəvisində mühüm əhəmiyyət kəsb edir. Belə ki, kitabda verilən materiallar innovasiya sahibkarlığının və texnoparkların inkişafı ilə bağlı istər dünya təcrübəsinin öyrənilməsi, istərsə də innovasiya sahibkarlığında əsas dinamikası hesab olunan təşəbbüskarlığın mahiyyətinin mənimsənilməsində xüsusi rol oynaya bilər.
Müəlliflər innovasiya sahibkarlğı və onun mahiyyətini izah edərkən, dünya ədədbiyyatında mövcud olan mənbələrdən səmərəli şəkildə istifadə edə biliblər. Bununla yanaşı, innovasiya sahibkarlığının inkişafında xüsusi rola malik olan texnoparkların təcrübəsi, müsbət nəticələr əldə edə bilən ölkələrin nümunələri əsasında, tədqiq edilmiş və faydalı müqayisələr aparılmışdır.
Texnoparkların qurulması ölkəmiz üçün yeni yanaşmadır. Lakin bütün hallarda səmərəli nəticələrin əldə olunması istənilən region üçün təbii potensial imkanları və intelektual insan gücünün nəzərə alınması önəmlidir. Təqdim edilmiş kitabda beynəlxalq təcrübənin öyərnilməsi ilə yanaşı, ölkə daxili imkanları nəzərə alaraq, müvafiq formada yerli və xarici tədqiqatçıların əsərləri uğurla təhlil edilmişdir.
Texnoparkların mahiyyəti və nəzəri-konseptual əsasları, həmçinin mexanizmləri üzrə mühüm məqamlar təhlil edilmiş və nümunələr üzərindən iş aparılmışdır. Ölkəmizdə texnoparkların inkişaf etdirilməsi ilə bağlı geniş tərkibli işlərin aparıldığını nəzərə alsaq, hazırlanmış olan bu işin elmi aktuallığı ilə yanaşı, praktiki əhəmiyyətinin də yüksək olduğunu qeyd edə bilərik. Belə ki, Azərbaycan Respublikası üçün yeni bir təcrübə sayılan texnoloji parkların qurulması və inkişafında mexanizmlərin təmin olunmasıda beynəlxalq təcrübənin öyrənilməsi çox vacibdir. Müəlliflərin təqdim etdiyi kitabda bu və ya bununla bağlı regional və qlobal əhəmiyyətli nümunələr öyrənmiş və müqayisəli təhlillər aparılmışdır. Əldə olunan elmi nəticələr əsasında, mövzunu əks etdirən xeyli məqamlarla yanaşı, Azərbaycanın təbii potensial ehtiyatlarına və geoiqtisadi vəziyyətinə uyğun olaraq, təklif və tövsiyələr verilmişdir.
Kitab giriş, 4 fəsil və nəticədən ibarətdir. İşin ümumi strategiyasında ardıcıllıq və mövzuların bir-biri ilə əlaqəliliyi rahat və istifadə olunandır.
Birinci fəsildə iqtisadi inkişafın texnoloji yanaşmalarla əlaqəsi tədqiq edilmiş və prosesin nəzəri aspektləri, o cümlədən sahə ilə bağlı əsas anlayışların mahiyyəti izah edillmişdir. Burada iqtisadi inkişafı izah edən müxtəlif nəzəriyyələr haqqında ümumiləşdirilmiş informasiyalar, kitabın profilinə uyğun olaraq, qiymətləndirilmişdir.
İkinci fəsildə innovasiya və sahibkarlıq anlayışları, o cümlədən bu anlayışlardan irəli gələn dinamikanın iqtisadi artım və iqtisadi inkişafda rolu verilmişdir. Bu fəsildə təşəbbüskarlıq fəaliyyətləri, onun tarixi, xarakteristikası və xüsusiyyətləri haqqında qeyd olunmuşdur.
Üçüncü fəsildə texnopark anlayışı və texnoparkların iqtisadi inkişaffda rolu öyrənilmiş, müxtəlif ölkələrin təcrübəsinə əsasən müqayisələr aparılmışdır. Təhlil və müqayisələr zamanı sahə ilə bağlı dünyanın aparıcı təşkilatlarının göstəricilərindən istifadə edilmişdir.
Dördüncü fəsildə dünya təcrübəsində mövcud olan uğurlu texnoparkların keçdiyi inkişaf yolu təhlil edilmiş və bu təcrübələrdən Azərbaycanda tətbiq imkanları üzərində iş aparılmışdır. Əldə edilən nəticələr əsasında müvafiq sahələrin əhəmiyyəti vurğulanmışdır.
Nəticədə isə, müəlliflər tərəfindən təklif və tövsiyələr verilmişdir.
Kitabdan kimlər faydalana bilər?
Ümumiyyətlə, kitabda yer alan informasiyalar istər beynəlxalq təcrübənin öyrənilməsi və bu istiqamətdə müvafiq təhlillərdən sonra nəzəri-metodoloji baxımdan effektli yanaşmaların mövcudluğu, istərsə də müqayisələr əsasında ölkədaxili potensialı nəzərə alaraq təklif edilən məqamlar texnoparkların təşkili və inkişafında, eləcə də innovasiya sahibkarlığının inkişaf etdirilməsində xüsusi əhəmiyyət daşıyacaqdır. Belə ki, kitabda əldə olunan nəticələr iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə aşağıdakı sahələrdə tətbiqi səmərəli nəticələr verə bilər:
Elmi-texnoloji Parkların qurulması və inkişafında;
Kiçik və orta sahibkarlığın, həmçinin sənayenin inkişafında;
Universitetlərin nəzdində texnoparkların və biznes inkubatorların qurulması və inkişafında;
Ali təhsil müəssisələrində sahibkarlıq dərsinin tədrisində;
Şəxsi biznesinin qurulması və inkişafında;
Cəmiyyətdə, o cümlədən təhsil müəssisələrində təşəbbüskarlığın təşviqi və dəstəklənməsi prosesində və s.
Kitabın nəşri üçün müxtəlif tərəflərin rəyi və dəstəyi
Kitab BMU-niun nəşri olaraq, dərs vəsaiti kimi çap olunub. Belə ki, İsa Qasımov və Fərid Cəbiyevin birlikdə hazırladıqları "İnnovasiya sahibkarlığı və texnoparklar" adlı əsər, Azərbaycan Respublikası Təhsil Nazirinin 08.12.2015-ci il tarixli 1108 saylı əmrinə, Nazirliyin 14.12.2015-ci il tarixli 46-22-8524/16 nömrəli məktubuna və BMU-nun Tədris-metodik şurasının 08.06.2017-ci il tarixli iclasının qərarına (Protokol No 01) əsasən, BMU-nun nəşri olaraq çap olunmasına qərar verilmişdir. Kitab "Azərsu" ASC-nin vəsaiti hesabına, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (AMEA YTP) dəstəyi ilə işıq üzü görüb. Kitaba BMU və AMEA YTP-nin mütəxəssisləri tərəfindən müsbət rəy verilib. Kitabın ön sözü isə, "Xəzər Vençur" şirkətinin təsisçisi Məmməd Kərim tərəfində yazılıb.
Qeyd edək ki, BMU-nun əməkdaşları İsa Qasımov və Fərid Cəbiyevin birlikdə hazırladıqları "İnnovasiya sahibkarlığı və texnoparklar" adlı kitab bu Universitetin ilk dəsr vəsaitidir. Müəllifləri biz də təbrik edir, onalara növbəti uğurlar arzulayırıq.

BMU-nun Mətbuat xidməti