Azərbaycan təhsilində həyata keçirilən islahatlar hər bir təhsil işçisinin daha səmərəli işləməyə sövq edir
Müstəqilliyinin 24-cü ilini yaşayan Azərbaycan Respublikası bu gün iqtisadi inkişaf tempinə görə Qafqazın lider dövlətinə çevrilmiş, siyasi nüfuzuna görə dünyanın aparıcı dövlətləri ilə bərabər səviyyəyə ucalmış, BMT TŞ-nin qeyri-daimi üzvü kimi dünya siyasətində ən yüksək tribunalardan öz sözünü demək imkanı əldə etmiş, tam müstəqil və demokratik dövlət imicini formalaşdırmağa nail olmuşdur.
Bütün sahələrdə olduğu kimi, ölkəmizdə təhsilin də milli mənəvi və ümumbəşəri dəyərlər əsasında qurulmasına tarixi imkan və şərait yaradılmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları, təhsil siyasəti, təhsil quruculuğu sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son on ildə çoxsaylı uğurlara imza atılmış, ölkəmizdə təhsil islahatı prosesi dünya təhsil sisteminə, o cümlədən Avropa təhsil məkanına inteqrasiya prosesi dinamik xarakter almışdır.
Hazırda dövlətimiz sürətlə inkişaf edir, yeniləşir və müasirləşir, dünyanın ən müasir və qabaqcıl texnologiyaları ölkəmizdə uğurla tətbiq olunur. Ölkənin müasirləşməsi və yeni texnologiyalara, bütövlükdə dünyada gedən proseslərə açıq olması hər şeydən əvvəl, milli tərəqqinin, yüksəlişin lokomotivi olan təhsilin hərtərəfli inkişafının ön plana çəkilməsi zərurətini doğurur.
Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Ölkəmizi müasirləşdirməliyik, zənginləşdirməliyik. Çünki müasir dünyada hər şeyi bilik, savad, təhsil həll edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzərə salsaq görərik ki, orda tərəqqini müəyyən edən neft-qaz yox, məhz bilik, texnologiyalar, təhsildir. Ölkəmizin hərtərəfli və sürətli inkişafını təmin etmək üçün bu sərmayəni ilk növbədə təhsilə, biliyə, gənclərimizin maarifləndirilməsinə yönəltməliyik...”. Əlbəttə, ölkə rəhbərinin bu istəyi, bu məramı təhsilimizin daha prioritet sahə olmasına işarədir. Bir faktı demək kifayət edər ki, son on ildə təhsilə ayrılan büdcə vəsaitlərinin həcmi 5 dəfədən çox artmışdır. Bu illərdə minlərlə tədris müəssisəsi yenidən tikilmiş, yaxud əsaslı şəkildə təmir olunaraq bərpa olunmuşdur. Nəticədə həmin dövrdə təhsil infrastrukturunun müasirləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması istiqamətində önəmli addımlar atılmış, 1 milyon nəfərdən artıq məktəblinin təlim, təhsil şəraiti tamamilə yeniləşdirilmişdir. Başlıca uğurlardan biri də təhsilin məzmununun milli mənəvi dəyərlər, müstəqil dövlətçilik prinsipləri, azərbaycançılıq ideyaları əsasında yeniləşdirilməsi yönündə islahatların aparılmasıdır.
Bununla yanaşı təhsil sisteminin, xüsusən ümumtəhsil müəssisələrinin informasiyalaşdırılması sahəsində məqsədyönlü işlər görülmüş, ölkənin bütün məktəblərində kompüterləşmə proqramı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi fəal şəkildə yerinə yetirilmişdir. Bu sahədə möhtərəm Prezidentimiz tərəfindən təsdiq olunmuş iki Dövlət Proqramı uğurla həyata keçirilmişdir. Nəticədə respublikanın ümumtəhsil məktəblərində kompüterlə təchizat sahəsində, 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşdüyü halda, hazırda hər 20 şagirddə 1 kompüter nisbəti təmin olunmuş, informasiya-kommunikasiya texnologiyalardan tədrisdə aktiv istifadə real gerçəkliyə çevrilmişdir. Bu proses bu gün də dinamik olaraq davam etdirilir, artıq ölkədə “Elektron məktəb” layihəsinin icrasına başlanılmışdır.
Kollektivimizdə də bu barədə ciddi iş aparılır. Bizim gələcək planlarımızdan biri də Azərbaycan MEA-nın İnformasiya və Texnologiya İnstitutu ilə müqavilə bağlayıb, müəllimlərimizin orada əlavə kurs keçməsini, texniki biliklərə yiyələnməsini təmin etməkdir. Odur ki, daha çox hallarda müəllimlər öz bilik və bacarıqlarını davamlı olaraq artırmağa səy göstərməlidirlər. Təcrübə göstərir ki, gündəlik fəaliyyətində müasir təlim metodlarından və texnologiyalarından istifadə edən, şagirdlərin və tələbələrin təfəkkürünün formalaşmasını inkişaf etdirən səriştəli müəllimlər daha yaxşı nəticələr əldə edirlər. Təbii ki, istər şagird, istərsə də tələbələrin nailiyyətləri müəllimin bilikli, bacarıqlı və səriştəli olmasından çox asılıdır.
Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi çərçivəsində son illərdə 2000-dən artıq gənc Dövlət Neft Fondunun hesabına dünyanın aparıcı dövlətlərinin tanınmış ali məktəblərdə təhsil almağa göndərilmişdir.
Müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərindən ibarət müsabiqə komissiyasının gərgin, şəffaf və obyektiv işinin nəticəsində 2013-2014-cü tədris ilində indiyədək 500-ə yaxın azərbaycanlı gəncin xaricdə təhsil almağa göndərilməsi barədə Azərbaycan Respublikasının Prezidenti yanında təhsil üzrə komissiya tərəfindən müsbət qərar qəbul edilmişdir. Hesab edirəm ki, ölkə Prezidentinin hər bir azərbaycanlı üçün bərabər təhsil imkanları yaratmasının parlaq təzahürü olan həmin Dövlət Proqramının icrası zamanı namizədlərin seçiminə həssaslıqla, böyük diqqət və qayğı ilə, tam şəffaf və obyektiv şəkildə həyata keçirilməsinin təmin edilməsi bir daha bütün neqativ və xoşagəlməz hallara birdəfəlik son qoyulmuşdur.
Azərbaycanın iqtisadi qüdrətinin günbəgün artması, artıq “iqtisadi inkişafın Azərbaycan modeli”nin formalaşması, “bilik iqtisadiyyatı”na keçidin təməlinin qoyulması hər şeydən əvvəl, iqtisadi inkişafın həlledici amili olan insan kapitalının adekvat inkişafını tələb edir. Bu isə iqtisadi modelin formalaşdırılmasında müvafiq tələblər irəli sürməklə yanaşı, təhsil sisteminin də kökündə dəyişdirilməsinə, əlavə təhsil, yaxud ömürboyu təhsil kimi komponentlərin rolunun artırılmasına gətirib çıxarmaqla, həm də İKT və virtual tədrisin əhəmiyyətli dərəcədə genişləndirilməsini tələb edir. Bu məqsədlərə çatmaq üçün ölkəmizdə müasir təhsil sisteminin qurulması və təhsil sisteminin modernləşməsi həyati zərurətə çevrilmişdir.
Əlbəttə, Azərbaycan təhsilində qarşıdakı illərdə aparılacaq islahatyönlü tədbirlərin hamısını bu kiçik yazıda tam əhatə etmək mümkünsüzdür. Deyilənlərə yekun olaraq bildirirəm ki, ölkə Prezidentinin sərəncamı ilə “2011-2012-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq Dövlət Komissiyası tərəfindən müvafiq Milli Strategiyanın hazırlanması təhsil tariximizdə ən əhəmiyyətli hadisədir.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda keyfiyyət nəticələri və əhəmiyyətinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menercerlərinə, qabaqcıl infrastruktura malik təhsil sisteminin yaradılması üçün geniş miqyaslı tədbirlər nəzərdə tutulur.
Strategiyadakı hədəflərdən biri və ən vacibi təhsil alanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil verənlərin formalaşdırılmasıdır. Müəllim peşəsinin itirilmiş nüfuzu bərpa ediləcək, bu sahədə dövlət siyasəti inkişaf etdirməklə səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabət qabiliyyəti əmək haqqı sistemi yaradılacaqdır.
Uzun illər ölkəmizdə təhsilin məzmununun formalaşmasında akademik biliklərə geniş yer verilmişdir. Təhsilin məzmunu ilə bağlı əsas meyillərdən biri təhsil proqramlarının ölkənin sosial-iqtisadi inkişaf tələblərinə cavab verməsindədir. Bu mənada bütün fənlər üzrə təhsil kurikulumlarının qəbul edilməsi son illərin ən böyük nailiyyətlərindən sayıla bilər. Yeni qəbul edilmiş fənn kurikulumları həyati bacarıqların inkişafına xidmət edən məzmuna malikdir, təhsil alanları həyatın müxtəlif sahələrində fəaliyyətə yönəldir. Hesab edirəm ki, dərsliklərin daha da təkmilləşdirilməsi bu problemləri aradan qaldırmağa xidmət edən mühüm amillərdən biri olacaqdır.
Bizim üçün əhəmiyyətlidir ki, həyata keçiriləcək tədbirlər nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistem yaradılacaq, təhsil müəssisəsi səviyyəsində , tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə innovativ modellər tətbiq ediləcək, artıq tətbiqinə başlanılmış modul-kredit və rəqabət əsaslı təlimlər sisteminin inkişaf etdirilməsi və müəllimlərin peşəkarlıq səviyyəsinin davamlı şəkildə yüksəldilməsi təmin ediləcəkdir.
Bütün bunlarla bərabər onu da qeyd edim ki,Azərbaycan təhsilində həyata keçirilən bu yeniliklər, aparılan islahatlar hər bir təhsil işçisinin və eləcə də bizim kollektivi daha səmərəli işləməyə sövq edir. Çalışacağıq ki, bütün bu tələbləri öz əməli işimizdə doğruldaq.
Ruxsarə ƏLİYEVA
Bakı Dövlət İqtisadiyyat
Və Humanitar Kollecinin direktoru