Koreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edib

Koreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edib Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində olub.
Mərkəzin direktoru Lalə Qəti qonaqları uşaqlar üçün yaradılmış şəraitlə tanış edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsil sahəsinə göstərilən dövlət qayğısından danışıb, mərkəzin yeni istifadəyə verilən bazasında uşaq və yeniyetmələrin yaradıcı təxəyyülünün, bacarıqlarının inkişaf etdirilməsi baxımından hər cür şərait yaradıldığını qeyd edib.
Azərbaycan ilə Koreya Respublikası arasında əlaqələrin dinamik inkişaf etdiyini, xüsusilə, təhsil sahəsində əməkdaşlığın genişləndiyini diqqətə çatdıran nazir müavini azərbaycanlı gənclərin Koreya Respublikasının bir sıra nüfuzlu universitetlərində təhsil aldıqlarını bildirib.
Səfir Kim Çanq-Qyu səmərəli əməkdaşlıq üçün təşəkkür edib, Koreya Respublikası ilə Azərbaycan arasında təhsil münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Daha sonra səfirlik tərəfindən mərkəzə Koreya Respublikasının milli geyimi, müxtəlif hədiyyələr və Qış Olimpiya Oyunlarının simvolu təqdim olunub.
Mərkəzin “Azəri inciləri” uşaq qrupu Koreya Respublikasının milli rəqslərini ifa ediblər.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti



Oxşar xəbərlər