Azərbaycan Memarlıq və İnşaat Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş musiqili-əyləncəli tədbir keçirilib.
Bu ali məktəbin inşaat texnologiya fakültəsi tələbələrinin təşəbbüsü ilə təşkil olunan tədbirdə çıxış edənlər bu günün tarixi, yaranması barədə məlumat veriblər.
Sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bayram kimi qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsində tələbələrin ifasında milli və Avropa rəqsləri, mahnılar, kiçik səhnəciklər təqdim olunub.
İnşaat texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva bayramla bağlı arzularını ifadə edib .
Sonda təhsildə və ictimai işlərdə fərqlənən bir qrup tələbə diplomla mükafatlandırılıb.
AzMİU-nun Mətbuat Xidməti