Azərbaycan Memarlıq və İnşaat Universitetində “Made in Italy” adlı master-klass təşkil edilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Made in Italy” adlı master-klass təşkil edilib Azərbaycan Memarlıq və İnşaat Universitetində “İtalyansayağı Dizayn Günü” çərçivəsində “Made in Italy” adlı master-klass təşkil edilib.
Bu münasibətlə keçirilən tədbirdə italyan memarlıq və dizayn sahəsinin sirləri ilə bağlı məlumat verilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova “İtalyansayağı Dizayn Günü”nün ilk dəfə olaraq ölkəmizdə, məhz AzMİU-da keçirilməsini müsbət dəyərləndirib.
G.Məmmədova italyan dizaynına dünyada onilliklər boyu ən yüksək yer verildiyini, bu ölkədə gözəl mədəniyyət abidələrinin yaradıldığını vurğulayıb.
Qeyd olunub ki, istər italiyalı dizaynerlərin, memarların və rəssamların başlıca qüvvəsi onların insanlara estetik zövq bəxş etməsindədir.
İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo bildirib ki, master-klassın keçiriləcəyi şəhərlər arasında Bakı, Barselona, Berlin, Çikaqo, Dubay, London, Meksika, Mayami, Milan, Moskva, Nyu-York, Paris, Pekin, Seul, Şanxay, Tehran, Təl-Əviv, Tokio, Toronto və s. şəhərlər də var.
Onun sözlərinə görə, italyan dizayn sənəti sanki bir sehrdir və nəinki sadə insanları, hətta mütəxəssisləri belə valeh edir.
İtaliyanın tarixi abidələrlə zəngin olduğunu deyən memar Luca Molinari ölkəsinin bu sahədə böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.
Sonra italiyalı memar Luca Molinari tədbir iştirakçılarına master-klass nümayiş etdirib. Həmçinin İtaliyanın dövlət televiziyası RAI1 tərəfindən master-klassa həsr olunan video göstərilib.
Tədbirdə İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının (ICE) Bakı Ofisinin Direktoru Luigi D’Aprea və Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə iştirak ediblər.

AzMIU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər