Sentyabrın 29-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Mühəndislik elmində innovativ texnologiyalar” mövzusunda beynəlxalq simpozium təşkil olunub.
Tədbir AzMİU, Türkiyənin Sakarya Universiteti, “Akademik Platform” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Türkiyə, İngiltərə, Macarıstan və digər ölkələrdən 150-dək alimin qatıldığı simpoziumda mühəndislik elminin əsas istiqamətləri üzrə son illər əldə edilmiş nailiyyətlər müzakirə olunub.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ölkəmizdə elmin inkişafına göstərilən dövlət qayğısından və elmi-texniki tərəqqinin son nailiyyətlərindən danışıb.
Sakarya Universitetinin texnologiya fakültəsinin dekanı, professor Mehmet Sarıbıyık tədbirin olduqca aktual mövzuya həsr olunduğunu söyləyib, simpoziumun işinə uğurlar arzulayıb.
AzMİU-nun Mətbuat Xidməti