Paytaxt məktəblilərinin peşə təhsilinə marağının artırılması məqsədilə ekskursiyalar təşkil olunub.
Paytaxtın 7, 10, 24, 164 nömrəli tam orta məktəbləri və məktəb-lisey kompleksinin VIII, IX və X sinif şagirdləri üçün Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən “Cənubi Qafqazda məşğulluq səviyyəsinin yüksəldilməsi və sahibkarların peşə təhsilinə verə biləcəyi dəstək” layihəsi çərçivəsində ekskursiyalar təşkil edilib. Ekskursiyalarda şagirdlərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimat verilib.
Şagirdlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təlim, tədris və sertifikatlaşdırma idarəsinin kadr hazırlığının təşkili mərkəzində emalatxana və təlim otaqları ilə tanış olublar. Məktəblilər elektrik qaz qaynaqçısı, plastmas qaynaqçısı, nasos qurğularının maşinisti, elektrik montyoru, nəzarət ölçü cihazları üzrə çilingər, təmirçi çilingər peşələrinin qaydaları, prinsipləri və peşə üstünlükləri barədə məlumatlandırılıblar.
Dekabrın sonunadək Bakıdakı 31 və 32 nömrəli tam orta məktəblərdə təhsil alan şagirdlərin də ekskursiyalarda iştirakı təmin olunacaq.

BŞTİ-nin Mətbuat Xidməti