“Qoca” sərhəddə necə qaçıb? - Taksi sürücüsü danışdı

“Qoca” sərhəddə necə qaçıb? - Taksi sürücüsü danışdı Məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən taksi sürücüsü Məhəmməd Hacıyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, məhkum Etibar Məmmədovu (Qoca) bir neçə istiqamətdə Azərbaycan sərhədindən keçirməyə cəhd etdiyini deyib.
Onun sözlərinə görə, məhbus polis postuna çatanda avtomobilin baqajında gizlənib: "Sonuncu dəfə Gürcüstana keçmək istəyəndə bizi saxladılar. Bu vaxt o, baqajdan düşərək qaçdı".
Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.
Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Tehsil-press.az


Oxşar xəbərlər