Koreya Respublikasının Seul şəhərində universitetlərdə Koreya mərkəzlərinin fəaliyyətləri ilə bağlı ikinci ümumi konfrans keçirilib.
Koreyanın Təhsil, Elm və Texnologiya Nazirliyi ilə Milli İnformasiya Agentliyi tərəfindən təşkil edilən tədbirə 38 ölkənin Koreya mərkəzlərinin nümayəndələri qatılıblar.
Konfransda ölkəmizi BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin əməkdaşı, mühəndis-proqramçı Sevinc Vəliyeva təmsil edib. Onun “BDU-nun Koreya mərkəzinin gələcək strategiyası və planı” mövzusunda məruzəsi böyük maraq doğurub. Məruzənin konfransın toplusunda dərc edilməsi nəzərdə tutulub.
Sonra müxtəlif nominasiyalar üzrə nəticələr açıqlanıb. BDU-nun Koreya mərkəzi “Ən yaxşı ideya və strategiyaya malik Koreya mərkəzi” nominasiyasının qalibi olub.
BDU-nun Mətbuat Xidməti