Azərbaycanda 3 yaşlı uşağı maşın vurdu

Azərbaycanda 3 yaşlı uşağı maşın vurdu Onu Bakıdakı xəstəxanalardan birinə çatdırıblar.

Ağstafada 3 yaşlı uşağın vurulması ilə nəticələnən yol qəzası baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Qəsəbə sakini, 2013-cü il təvəllüdlü Zəhra Seymur qızı Kazımova tək başına yolu keçmək istəyərkən hərəkətdə olan “VAZ 21011” markalı avtomobil tərəfindən vurulub. Sürücü xəsarət alan qızcığazı avtomobili ilə dərhal Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Xəstəxanadan bildirdilər ki, azyaşlının vəziyyəti ağır olduğu üçün əvvəlcə reanimasiya şöbəsinə yerləşdirilib. İlkin tibbi yardım göstərilməsinə baxmayaraq vəziyyəti ağır olduğu üçün paytaxtdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər