Qırğızıstanda güclü torpaq sürüşməsi baş verib

Qırğızıstanda güclü torpaq sürüşməsi baş verib Qırğızıstanın Cəlalabad vilayətinin Almaluu Bulak kəndində güclü torpaq sürüşməsi baş verib. Nəticədə bir nəfər həlak olub. Torpaq altında qalan bir neçə nəfəri isə xilas etmək mümkün olub.

Qırğızıstan Hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, son bir neçə gündə bu ərazidə iki torpaq sürüşməsi qeydə alınıb. Yeni torpaq sürüşməsi təhlükəsi qaldığından kəndin təhlükəsiz əraziyə köçürülməsi ilə bağlı qərar qəbul edilib.
Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronov bildirib ki, kənddə yaşayan təxminən 80 ailənin köçürülməsinə başlanılıb. O deyib ki, dövlət yeni evlərin tikintisi üçün vəsait ayıracaq.


Tehsil-press.az

Oxşar xəbərlər