Bakıya səfər edən Misirin aparıcı media nümayəndələri Bakı Dövlət Universitetində (BDU) olublar.
Görüşdə “Əl-Vətən” qəzetinin və “Əl-Həyat” TV şəbəkəsinin baş redaktoru Mahmud Muslim, “Əl-Vafd” qəzetinin baş redaktoru Zəki Sədəni, “Əl-Əhram” qəzetinin baş redaktoru Muhəmməd Həbib və başqaları iştirak ediblər. BDU-nun rektoru, professor Abel Məhərrəmov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsinin tarixi hadisə olduğunu bildirib. Rektor “İslam Həmrəyliyi İli” çərçivəsində ölkədə, eləcə də BDU-da keçirilən tədbirlərdən bəhs edib. A.Məhərrəmov IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsini müsəlman ölkələri nümayəndələrinin Azərbaycanda toplanması baxımından əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. BDU haqqında məlumat verən rektor tədris prosesindən, universitetin beynəlxalq əlaqələrindən, Misirin ali məktəbləri ilə əməkdaşlığından danışıb. BDU-da olmaqdan məmnunluqlarını ifadə edən qonaqlar iki ölkənin şərqşünas alimləri və jurnalistləri arasında sıx əlaqələrin qurulması, birgə layihələrin, konfransların keçirilməsi məsələlərini müzakirə ediblər. Sonra qonaqlar BDU-nun jurnalistika fakültəsinin tədris-teleradio studiyasının və şərqşünaslıq fakültəsinin fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, Misirin aparıcı media nümayəndələrinin Azərbaycana səfəri Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərinin Jurnalistləri Assosiasiyası tərəfindən təşkil olunub. Səfər çərçivəsində Misirli qonaqlar İslam Həmrəyliyi ili münasibəti ilə “İslam Həmrəylinin güclənməsində medianın rolu” mövzusunda konfransda iştirak ediblər. Səfər dekabrın 3-dək davam edəcək. Səfər çərçivəsində onların Cocuq Mərcanlı kəndinə səfəri də nəzərdə tutulub.

Mətbuat Xidməti