Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin iqtisadi və ticarət ofisinin səlahiyyətli nümayəndəsi Van Çunqan və "HUAWEI" şirkətinin səlahiyyətli nümayəndəsi Səfər Səfərov Bakı Mühəndislik Universitetinin (BMU) qonağı olublar. Qonaqlar əvvəlcə, universitetin rektoru, professor Havar Məmmədovla görüşüblər.
Qonaqlara universitet haqqında geniş məlumat verən rektor rəhbərlik etdiyi ali məktəbin ölkəmizdə mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsi və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə yaradıldığını bildirib. Qeyd olunub ki, universitet Azərbaycan iqtisadiyyatının müasir inkişaf səviyyəsinə əsasən mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərinin təşkili, innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirəcək.
Görüşdə gələcək əməkdaşlıq imkanları da müzakirə edilib və universitetin şirkətlərlə iş birliyinin önəmi vurğulanıb. Qonaqlar da öz növbəsində Bakı Mühəndislik Universitetində olmaqdan məmnunluqlarını bildirib və ikitərəfli əməkdaşlığın gələcəkdə də davam edəcəyini diqqətə çatdırıblar.
Sonra qonaqlar universitetin tərkibində fəaliyyət göstərən texnoparkla, habelə laboratoriya imkanları ilə tanış olublar. Texnoparkda əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə Azərbaycandan bəzi şirkətlərin nümayəndələri də iştirak ediblər. Texnoparkın müdiri Samir Məmmədov universitetin sahibkarlarla əməkdaşlığa verdiyi önəmdən danışıb və perspektivdə planlaşdırılan potensial imkanlar, eləcə də Çin şirkətləri ilə reallaşdırıla biləcək ortaq layihələr haqqında geniş informasiya verib.
Görüş Azərbaycanda intellektual sektorun inkişafı sahəsində mümkün müştərək layihələrin müzakirəsi ilə davam edib.
BMU-nun Mətbuat Xidməti