Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Vladimir Qroysmanın hökumətini Ukrayna tarixində ən solğun hökumət adlandırıb.
Bu barədə Gürcüstanın sabiq prezidenti “12 Ukrayna” telekanalının efirində bildirib.
“Onun -Vladimir Qroysmanın niyyəti yaxşıdır, amma biz indi real olaraq ikinci, üçüncü növ insanlardan ibarət olan hökumətə sahibik. Bir çox yaxşı insanlar orada işləməkdən imtina ediblər, bu isə normal deyil”, - deyə Saakaşvili bəyan edib.
Onun sözlərinə görə, sabiq baş nazir Arseni Yatsenyuk üçün DİN rəhbərliyində Arsen Avakovu saxlamaq çox vacib idi. Bu ona “əgər bir şey baş versə, polis onu haqlamamış, qaçıb sərhədə çata bilməsi” üçün lazımdı.
“İkincisi, onlara öz adamları olan baş prokurorun müavini çox lazımdı, həmin adam cinayət işi qaldırıldıqda Yatsenyuku xəbərdar edə bilərdi”, - Odessa vilayətinin qubernatoru vurğulayıb.
tehsil-press.az