BMU–da "Azercell”-in prezidenti tələbələrlə görüşdü

BMU–da Bu gün "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev Bakı Mühəndislik Universitetinin qonağı olub. Universitetin rektoru, professor Havar Məmmədov qonağı qəbul edib və gələcək əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Sonra tələbələrlə görüşən Vahid Mürsəliyev qeyd edib ki, “ tələbələrlə, gənclərlə görüşə tez-tez gedirəm. Məqsədim gənclərdə uğura doğru stimul yaratmaqdır. Bura gələndə bilirdim ki, ən savadlı tələbələrin qarşısında çıxış edəcəm.”
Həyat və əmək fəaliyyətini əks etdirən “ Uğur hekayəsi” ni danışan natiq tələbələrin çoxsaylı suallarını cavablandırıb.
"Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev "Azercell"in bundan sonra da tələbələrin yanında olacağını bildirərək, onlara təhsillərində uğurlar diləyib.


BMU-nun Mətbuat Xidməti


BMU–da "Azercell”-in prezidenti tələbələrlə görüşdüBMU–da "Azercell”-in prezidenti tələbələrlə görüşdü

Oxşar xəbərlər