"Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini, Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov və Azərbaycan Milli Paralimpiya Komitəsinin Birinci Vitse-prezidenti, Uşaq Paralimpiya Komitəsinin İdarə heyyətinin sədri Natiq Qasımovla görüşüb, ikitərəfli əməkaşlıq sahəsində görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.
Şirkətdən Tehsil-press.az-a verilən məlumata görə, görüş zamanı "Azercell Telekom" MMC-nin prezidenti V.Mürsəliyev Azərbaycanda Paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi munasibətilə Milli Paralimpiya Komitəsinin fəxri diplomu ilə təltif edilib.
Qeyd edək ki, V.Mürsəliyev 2015-ci ildən etibarən "Azercell Telekom" MMC-nin prezidenti vəzifəsinə təyin edilib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur.
Dünyada ilk dəfə olaraq 2013-cü ildə Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılıb.
2014-cü ildən başlayaraq "Azercell Telekom" MMC Komitənin inkişaf etdirilməsinə dəstək verir. Məhz bu dəstəyin nəticəsi olaraq hazırda Komitədə altı idman növü üzrə altmışdan çox saglamlıq imkanları məhdud uşaq idmana cəlb edilib. Onlar idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir. "Azercell"in dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq respublika üzrə I və II Uşaq Paralimpiya İdman Oyunları keçirilib.
Azərbaycanda fəaliyyət göstərdiyi 20 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi naminə çalışan "Azercell" Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəslərini artırır.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər "Azercell"in xidmətlərini seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres" ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə "Azercell" ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan "Global Wireless Solutions" şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən "Azercell" şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.
Tehsil-press.az