Bakı Dövlət Universitetində SABAH qrupları tələbələrinin Azercell şirkətinin İnsan Qaynaqları Departamentinin mütəxəssisləri ilə görüşü keçirilib. Adıçəkilən departamentin əməkdaşları -Vahidə Orucova və Sevinc Sultanova çıxışlarında Azercell-in “Təqaüd proqramı” barədə ətraflı məlumat veriblər. Hər il tələbələrin yararlana bildikləri “Təqaüd proqramı”nın əhəmiyyətindən bəhs edən çıxışçılar əsas məqsədin təhsil aldıqları müddətdə uğur qazanan tələbələri həvəsləndirmək, onların professional inkişaflarına dəstək olmaq və korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən layihələrə dəstəkdən ibarət olduğunu qeyd ediblər. Sonda tələbələrin proqramla bağlı sualları cavablandırılıb.
Mətbuat və informasiya şöbəsi