Azərbaycan Texnologiya Universitetində (ATU) ölkənin aparıcı mobil operatoru "Azercell Telecom" MMC-nin nəzdində fəaliyyət göstərən "Barama" sahibkarlıq və innovasiya mərkəzinin ilk regional ofisinin açılışı olub. Tədbirdə ATU-nun və "Azercell"in rəhbərliyi, həmçinin "Paşa Bank"ın rəsmiləri iştirak edib.
Açılış lentini ATU-nun rektoru, professor Akif Süleymanov və "Azercell Telecom" MMC-nin prezidenti Vahid Mürəsliyev kəsib. Sonra tədbir iştirakçıları ofisdə yaradılan şəraitlə tanış olublar. "Azercell"in Strateji partnyorluq və müştəri kanalları departamentinin direktoru, "Barama" layihəsinin rəhbəri İmran Bağırov bildirib ki, ilk regional ofisin ATU-da açılması təsadüfi deyil. Belə ki, 2009-cu ildən fəaliyyətə başlayan bu layihəyə bölgələrdən ilk dəfə məhz bu universitet tərəfindən ciddi maraq göstərilib. Bir il ərzində ATU-nun Davamlı İnkişaf Mərkəzi (DİM) ilə regional ofisin yaradılması məsələsi üzərində birgə iş aparılıb. Ofis 30 min manat dəyərində inventar və texniki avadanlıqla təchiz edilib.
DİM-in direktoru Rauf Əmənov isə qeyd edib ki, regional ofisin idarə edilməsinə ATU-nun professor-müəllim heyətindən 2 nəfər təhkim olunub. "Barama" sahibkarlıq və innovasiya mərkəzinin ilk regional ofisi tək ATU-nun yox, Gəncədə və bölgədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin tələbələri, həmçinin bütün region gənclərinin innovativ ideyalarının, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə xidmət edəcək.
Sonra ATU-nun akt zalında açılış mərasimində iştirak edən qonaqlarla universitet kollektivinin görüşü təşkil olunub. Əvvəlcə ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, "Azercell"lə yaradılan əməkdaşlıq universitetdə həyata keçirilən Müştəriyə Yönəlmə Proqramı çərçivəsində görülmüş ən əlamətdar işlərdən biridir. "Barama" ofisinin açılması isə Bakıda ATU və "Azercell" arasında imzalanmış memorandumun nəticəsi olaraq reallaşıb. Bu əməkdaşlıq çərçivəsində "Azercell" şirkəti eyni zamanda ATU-da telekommunikasiya ixtisası üzrə təshil alan tələbələrin müasir standartlar səviyyəsində yetişməsi üçün hər cür dəstək verir. Artıq şirkət tərəfindən ATU-ya tədris və təcrübədə istifadə etmək üçün 2G və 3 G stansiya blokları verilib. Eyni zamanda ATU-nun bir tələbəsi "Azercell"in tələbə təqaüdü proqramının qalibi olub.
"Azercell Telecom" MMC-nin prezidenti Vahid Mürsəliyev isə şirkətin sosial layihələri haqqında danışıb. O, qeyd edib təhsilin inkişafına, gənclərin layihələrinin dəstəklənməsinə yönəlmiş təşəbbüslərin dəstəklənməsi hər zaman "Azercell"in əsas prioritetlərindən olacaq.
"Barama" layihəsinin maliyyə tərəfdaşı olan "Paşa Bank"ın idarə heyətinin üzvü Xəyalə Nağıyeva da regional ofisin fəaliyyətə başlamasını əlamətdar hadisə kimi qiymətləndirib. O, qeyd edib ki, "Paşa Bank" gənclərin innovativ ideyalarını dəstəkləməyə hər zaman hazırdır.
Sonda çay süfrəsi arxasında universitet rəhbərliyi və qonaqlar arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

ATU-nun Məbuat Xidməti