Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında neft sənayesi işçilərinin təltif edilməsi haqqında” və “Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” sərəncamlardan danışıb.
Bildirilib ki, dövlətimizin başçısının 2017-ci il 7 noyabr tarixli Sərəncamına əsasən, Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə bir qrup elm adamının dövlət mükafatları ilə, 2017-ci il 27 noyabr tarixli Sərəncamına əsasən isə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
Akademik A.Əlizadə Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı haqqında da danışıb. Komissiyanın 2018-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulunu elan etdiyini vurğulayan akademik diqqətə çatdırıb ki, müvafiq sənəd və materialların Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanaraq gələn ilin aprel ayının 1-dək Komissiyaya təqdim edilməlidir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında məlumat verib. Akademik vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyev 1978-ci ildə Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili statusunda yer almasına nail olub. Müstəqillik illərində Azərbaycan dilini daha da inkişaf etdirmək və zənginləşdirmək, qloballaşma şəraitində ana dilindən istifadənin imkanlarını genişləndirmək istiqamətlərində dövlət səviyyəsində mühüm addımlar atıldığını söyləyən akademik Prezident İlham Əliyevin sərəncamlarının ana dilimizin saflığının qorunmasına, dilimizin daxili imkanları hesabına inkişaf etdirilməsinə şərait yaratdığını diqqətə çatdırıb. Məsələ dinlənildikdən sonra Humanitar Elmlər Bölməsinə Nəsimi adına Dilçilik İnstitutu və aidiyyəti dövlət qurumları ilə birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planının layihəsini hazırlayıb AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsi qərara alınıb.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi əsərlərin müsabiqəsi haqqında müzakirə aparılıb. Akademik İsa Həbibbəyli bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamından irəli gələn layihələrin icrasının təmin olunması və gəncləri yeni elmi araşdırmalara cəlb edilməsidir. İclasda “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA-nın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Azərbaycan Cümhuriyyəti–100” adlı elmi əsərlər müsabiqəsinin keçirilməsi qərara alınıb.
İclasda Azıx mağarasından azıxantropun sümüyünün tapılmasının 50 illiyinə həsr olunmuş "Qafqaz erkən paleolit dövründə insanların miqrasiya yolunda" beynəlxalq simpoziumun keçirilməsi məsələsinə də baxılıb. Akademik İ.Həbibbəyli bildirib ki, 1968-ci ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən Azıx mağarasından azıxantropun alt çənə sümüyünün qalığının aşkar olunmasından 50 il keçir. Akademik son illər Qarabağda, xüsusən Azıx mağarasında ermənilərin qanunsuz “tədqiqatlar” aparmasının bir daha bu paleolit düşərgəsinin və oradan əldə olunmuş artefaktların elmi təhlilinin, geniş elmi ictimaiyyətə çatdırılmasının zəruriliyini göstərdiyini diqqətə çatdırıb. Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq beynəlxalq simpoziumun gələn il noyabrın 5-7-də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda keçirilməsini qərara alıb.
İclasda bir sıra hüquqi şəxslərin “AMEA Yüksək Texnologiyalar Parkı” (YT Park) MMC-nin rezidenti kimi qeydiyyata alınması ilə bağlı məsələ müzakirə olunub. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, AMEA YT Parkın ekspertlər şurasının iclasında "EPC Group” MMC və “DN TECHNOLOGİES” MMC-nin təqdimatlarına baxılıb və gizli səsvermə yolu ilə qeyd olunan hüquqi şəxslərin YT Parkın rezidenti olmaları barədə müvafiq qərar qəbul edilib. Rəyasət Heyəti adı çəkilən qurumların rezident kimi qeydiyyata alınmalarına dair protokolu təsdiq edib.
Sonra “AMEA və Əlcəzair Elm və Texnologiya Akademiyası arasında elmi əməkdaşlıq haqqında” anlaşma memorandumu ilə bağlı müzakirə aparılıb. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, AMEA rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinin Əlcəzair Xalq Demokratik Respublikasına səfəri çərçivəsində akademiyalar arasında elmi əməkdaşlıq memorandumu imzalanıb. Tərəflər elm, texnologiya və innovasiyanın inkişafı, elmi təcrübə və tədqiqat nəticələrinin, eləcə də alim, mütəxəssis və doktorantların mübadiləsini həyata keçirmək haqqında razılığa gəliblər. Rəyasət Heyəti elmi əməkdaşlıq haqqında anlaşma memorandumunu təsdiq edib.
Müzakirəyə çıxarılan növbəti məsələ “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın AMEA-nın icraçısı olduğu tədbirlərin yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planı haqqında olub. Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş proqramın əsas məqsədi kənd təsərrüfatının prioritet istiqamətlərindən olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilmiş işlərin həyata keçirilməsindən ibarətdir. Akademik sənədin həyata keçirilməsinə dair tədbirlər planında digər təşkilatlarla yanaşı, AMEA-nın da qarşısında mühüm vəzifələr qoyulduğunu vurğulayıb. Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq proqramın icrası üzrə Tədbirlər Planını təsdiq edib. Həmçinin görülən işlərin hesabatının Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunması qərara alınıb, AMEA-nın daxilində, eləcə də akademiya ilə digər icraçı təşkilatlar arasında əlaqələndirmənin təmin edilməsi məqsədilə işçi qrupu yaradılıb.
Növbəti məsələ AMEA-nın ümumi yığıncağı və Səhiyyə Nazirliyi Kollegiyasının “İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin əsasıdır” adlı birgə elmi sessiyasının keçirilməsi haqqında olub. Akademik Əhliman Əmiraslanov son illər Azərbaycanda tibb elminin ciddi inkişaf dövrü keçdiyini bildirib. O qeyd edib ki, bu inkişaf AMEA və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat müəssisələrində yeni metod və avadanlıqlarla ən müasir istiqamətlər üzrə aparılan araşdırmalarda və əldə olunan nəticələrin kliniki praktikaya tətbiqində özünü göstərir. Rəyasət Heyəti tibb və praktiki səhiyyə sahəsində elmi tədqiqatların, xüsusilə kök hüceyrələrlə bağlı fəaliyyətlərin dərinləşdirilməsinə və tibb elmi ilə təhsilin inteqrasiyasının gücləndirilməsinə, eləcə də daha yaxşı koordinasiyasına nail olmaq məqsədilə birgə sessiyanın 2018-ci ilin fevralında keçirilməsini və bununla bağlı tədbirlər planının hazırlanmasını qərara alıb.
İclasda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyinin keçirilməsinə dair tədbirlər planının təsdiqi, AMEA-nın İşlər İdarəsinin strukturunda sosial məsələlər üzrə şöbənin yaradılması, AMEA-nın Alimlər Evinin fəaliyyətinin təkmilləşdirilməsi, akademiyanın bir qrup əməkdaşının fərqləndirilməsi ilə bağlı qərarlar qəbul olunub.
Sonda bir sıra kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarları ilə akademik Validə Əlizadə Botanika İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə Dendrologiya İnstitutunun direktorları vəzifələrinə təsdiq olunub. Həmçinin Vasif Abbasov “AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru Florida Mehrəliyeva isə AMEA-nın Biofizika İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.
Hikmət Əliyev