Alimlər xəbərdarlıq edir. Kopenhagen Universiteti alimlərinin tədqiqatlarının nəticələrinə görə, hamiləlik dövründə ağrıkəsici preparatların, xüsusilə aspirinin qəbulu uşaqlarda beyin iflicinin yaranması və inkişaf etməsi təhlükəsini 2,5 dəfə artırır.
185617 qadın və onların dünyaya gətirdiyi uşaqlarda əsaslı tibbi müayinə aparılıb. Alimlər müəyyən ediblər ki, 5 minə yaxın qadın hamiləlik dövründə ağrıları kəsmək üçün aspirin, daha 5 minə qədər ibuprofen, 90 min isə parasetamol qəbul edib. Bunun nəticəsi kimi, 357 yeni doğulmuş körpənin beyin hüceyrələrində fəsadlar aşkar edilib. Müəyyən edilir ki, tərkibində aspirin və parasetamol olan preparatların qəbulu zamanı uşaqlarda beyin iflicinin inkişafı təhlükəsi daha çox artıb. Eksperimentlərin nəticələri və alınmış məlumatların təhlili göstərib ki, parasetamolun ikitərəfli beyin iflicinin yaranması ehtimalına təsiri 30 faiz, birtərəfli - 50 faiz olub. O da müəyyən edilib ki, hamiləlik dövrünün ortalarında parasetamolun qəbulu daha təhlükəlidir. Aspirin isə beyin iflicinin yaranması təhlükəsini 2,5 dəfə artırır.
Mütəxəssislər hesab edir ki, preparatların mənfi təsiri onların qəbulu zamanı beyin hüceyrələrində zədələnmə yaranması ilə bağlıdır. Bundan başqa, ağrıkəsicilər hamilə qadının gələcək uşağının beyninin inkişafına nəzarət edən hormonal fonu dəyişə bilər.
Kəmalə Rəhimli