Türkiyəli alimlər bildiriblər ki, orqanizmdə bir faiz su itkisi zamanı beyinin fəaliyyəti 5 faiz geriləyir.
Su itkisi 2 faizə yüksələrsə, qısa müddət ərzində yaddaş zəifləyir və yeni öyrənilənlər tezliklə unudulur. Diqqətin toplanması çətinləşir, riyazi məsələlərin həllində problemlər yaranır. Su itkisinin uzun müddət davam etməsi isə Altsheymer xəstəliyinə zəmin yaradır.
İnsan orqanizminin 60 faizi sudan ibarətdir. Bu miqdarın üçdəikisi hüceyrələrdə toplanıb. Beyin, qaraciyər, böyrək və ürək kimi orqanların 65-80 faizi sudan ibarətdir. Sümüklərdə olan suyun miqdarı sümük çəkisinin 30 faizi qədərdir. Buna görə də orqanizmin uzun müddət susuz qalması orqanların normal fəaliyyətinə təhlükə yarada bilər.

Kəmalə Rəhimli