Damarlarını kəsən direktordan kim pul istəyib?

Damarlarını kəsən direktordan kim pul istəyib? “Direktordan pul alınması və ya istənilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Bu sözləri Göyçay rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Lütfiyar Qurbanov 9 nömrəli orta məktəbin direktorunun intihara cəhdinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, 1961-ci il təvəllüdlü Akif Qəribovun damarlarını kəsməsini ilk ailəsi öyrənib:
“Hadisə dünən axşam 21:30 radələrində baş verib. Vəziyyəti ağır olduğu üçün Təcili Tibbi yardımla xəstəxanaya çatdırılıb. Hazırda rayonun mühafizə orqanları, prokurorluq hadisəni araşdırır. Nəticəsi barədə isə ictimaiyyətə açıqlama veriləcək.
Yazılanlar həqiqətə uyğun deyil. Pul alınması, istənməsi kimi faktların heç biri olmayıb. Məktəbdə sonuncu dəfə yoxlama may ayında olub. Başqa bir hadisə yaşanmayıb”.
***
Göyçay Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, intihara cəhd edən A.Qəribov hazırda Reanimasiya Şöbəsindədir. Onun vəziyyəti stabil olaraq qalır.

Təhsil-press.az

Oxşar xəbərlər