Dekabrın 27-də Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində (Gəncə, Lənkəran, Xaçmaz, Göyçay, Bərdə, Naxçıvan, Şəki, Şirvan) 2017-ci ildə keçirilən imtahanlarda fərqlənmiş nəzarətçi-müəllimlər fəxri fərmanlarla təltif ediliblər.
Tədbirdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanların obyektiv və qaydalara uyğun keçirilməsində zal nəzarətçilərinin rolundan, üzərlərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib.
Qeyd olunub ki, Gəncə şəhəri üzrə 308, Lənkəran şəhəri üzrə 183, Şəki şəhəri üzrə 179, Xaçmaz şəhəri üzrə 115, Göyçay şəhəri üzrə 88, Bərdə şəhəri üzrə 23, Naxçıvan şəhəri üzrə 61, Şirvan şəhəri üzrə 50 nəzarətçi-müəllimə indiyə qədər keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə təşəkkür elan edilib.
Respublika üzrə isə ümumilikdə 1000 nəzarətçi-müəllimə təşəkkür elan olunub.

Hikmət Əliyev