Nəzarətçi-müəllimlər üçün treninqlər davam etdirilir

Nəzarətçi-müəllimlər üçün treninqlər davam etdirilir Dövlət İmtahan Mərkəzi (DİM) nəzarətçi-müəllimlər üçün treninqləri davam etdirir.
Bu qurum tərəfindən Bakının Nəsimi, Qaradağ rayonları, həmçinin Abşeron, Sumqayıt, Şuşa, Laçın, Zəngilan, Qubadlı, Naxçıvan, Şahbuz, Ordubad, Culfa, Babək, Mingəçevir, Göyçay, Daşkəsən, Göygöl, Yevlax, Tərtər, İmişli, Biləsuvar, Siyəzən, Samux, Goranboy, Oğuz, İsmayıllı, Şəmkir, Balakən, Ağsu, Hacıqabul, Cəlilabad, Şabran, Bərdə, Salyan şəhər və rayonları üzrə imtahanlara zal nəzarətçisi kimi cəlb olunması nəzərdə tutulan müəllimlər üçün yanvarın 16-dan 19-dək seminar-məşğələlər keçirilib.
DİM-in mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən aparılan seminarlara 34 rayon üzrə 755 təhsil müəssisəsindən 1.595 nəzarətçi-müəllim cəlb edilib. Müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyən 102 nəzarətçi-müəllim qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək seminar-məşğələlərə dəvət edilib.
İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 20-25 nəfərlik qruplarla keçirilib.
Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib, imtahanın gedişi ilə bağlı qaydalar izah olunub, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilib və nəzarətçi‑müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.
Seminar iştirakçıları DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiqinə kömək göstərəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.
Seminarlar qrafikə uyğun olaraq (http://tqdk.gov.az/news/events/2694/) digər rayonlarda davam edir.

DİM-nin Mətbuat Xidməti


Nəzarətçi-müəllimlər üçün treninqlər davam etdirilirNəzarətçi-müəllimlər üçün treninqlər davam etdirilir

Oxşar xəbərlər