Kapitanlar doğma ali məktəbi unutmurlar

Kapitanlar doğma ali məktəbi unutmurlar Azərbaycan Dövlət Dəniz Akademiyası əziz qonaqlarını qəbul edib. Akademiyamızın sələfi sayılan Bakı Dəniz Yolları Məktəbinin 1977-ci il məzunları, “Gəmi sürücülüyü” fakültəsini bitirmiş adlı-sanlı kapitanlar doğma ali məktəbi ziyarət ediblər. Onlar Akademiyanın müasir tədris bazası, laboratoriyaları, trenajorları ilə yaxından tanış olublar.
Məzunların bir çoxu hazırda Azərbaycanın dəniz nəqliyyatı sektorunda məsul vəzifələrdə çalışır, 40 il keçsə də, istismarda olan gəmilərdə kapitan körpüsündə dayanırlar. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini Şahlar Məmmədov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri İlham Məmmədov, Gəmiçiliyin Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin rəisi Aydın Mahmudov və başqaları Dəniz Akademiyasında tələbələr üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər. Bu barədə Akademiya muzeyinin fəxri qonaqlar kitabına yazılmış ürək sözləri də çox şey deyir.
Sonra qonaqlar Dəniz Akademiyasının rektoru, uzun müddət kapitan vəzifəsində çalışmış Çingiz Əliyevlə görüşüblər. Çox səmimi şəraitdə keçən görüşdə kapitanların bütün suallarına aydınlıq gətirilib, gənclik xatirələri səslənib. Rektor qeyd edib ki, bu gün Akademiyanın fəaliyyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin xüsusi diqqətindədir və istər tələbələrin, istərsə də müəllimlərin hər hansı problemi vaxtında həll olunur, bu təhsil ocağı üçün lazımi avadanlıqlar alınır, yeniləşmə prosesi Akademiya həyatının bütün sahələrini əhatə edir.
Məzunlar səmimi görüşə görə təşəkkürlərini bildiriblər, xatirə şəkli çəkdiriblər.

Kəmalə Rəhimli


Kapitanlar doğma ali məktəbi unutmurlarKapitanlar doğma ali məktəbi unutmurlarKapitanlar doğma ali məktəbi unutmurlarKapitanlar doğma ali məktəbi unutmurlarKapitanlar doğma ali məktəbi unutmurlarKapitanlar doğma ali məktəbi unutmurlarKapitanlar doğma ali məktəbi unutmurlarKapitanlar doğma ali məktəbi unutmurlar

Oxşar xəbərlər