Ermənistanda bayram ağır yükə çevrilib

Ermənistanda bayram ağır yükə çevrilib Ermənistanda bir çox ailələr üçün Yeni il bayram olmaqdan çıxıb və ağır yükə çevrilib.
Ölkədə yoxsulluq səviyyəsi rəsmi statistikaya əsasən 30 faizə çatdığı bir vaxtda bayram alış-verişi, ümumiyyətlə, alış-veriş üçün kredit alınması yeganə çıxış yoluna çevrilir.
Qeyd olunur ki, 2017-ci ilin oktyabrında Ermənistanda vaxtı keçmiş kreditlərin həcmi 73 milyon dollara yaxındır. Bundan başqa, müddəti uzadılmış kreditlərin həcmi 253 milyon dolları ötüb.
Əgər 2015-ci ilin noyabrında vətəndaşlara verilən istehlak kreditlərinin həcmi 860 milyon dollar olmuşdusa, bir il sonra bu rəqəm 885 milyon dollaradək artıb. 2017-ci ilin noyabrında isə istehlak kreditlərinin həcmi 1 milyard dolları ötüb.
Bütün bunların nəticəsidir ki, getdikcə daha çox Ermənistan sakini ödəyə biləcəyindən əmin olmadığı halda borcla yaşayır.

Tehsil-press.az

Oxşar xəbərlər