Mayk Tayson marixuana yetişdirəcək

Mayk Tayson marixuana yetişdirəcək Amerikalı keçmiş boksçu Mayk Tayson ABŞ-da marixuana yetişdirmək üçün torpaq sahəsi alıb.
16 hektarlıq torpaq sahəsi Kaliforniya ştatında yerləşir.M.Tayson əldə etdiyi ərazidə marixuana plantasiyası ilə yanaşı emal zavodu, mağaza və yeni sortların istehsalı ilə məşğul olmaq istəyənlər üçn məktəb açacaq.
Qeyd edək ki, Kaliforniya ştatında bu il yanvarın 1-dən etibarən 21 yaşdan yuxarı şəxslərə tibbi məqsədlərlə marixuananı istifadə etməyə, şəxsi məqsədlərlə yetişdirməyə və kiçik həcmlərlə saxlamağa icazə verilib.

Təhsil-press.az

Oxşar xəbərlər