“Gilavar” Hava-Ekstremal İdman klubu itkin düşən alpinistlərin əvvəlcədən müəyyən olunmuş xətdən kənar getmələri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Klub sosial şəbəkədə məlumat yayaraq bildirib ki, dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməməsi doğru deyil: “Bu mümkün olacaq şey deyil, çünki bu ekspedisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər”.
Qeyd edək ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü itkin düşüb.
Tehsil-press.az