Əhmədinejad həbs olunub? - Eks-prezidentin vəkilindən açıqlama

Əhmədinejad həbs olunub? - Eks-prezidentin vəkilindən açıqlama İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın vəkii Adil Heydəri müştərisinin İslam Respublikası şəhərlərində keçirilən etirazlara verdiyi dəstəyə görə saxlanılmasına dair KİV-də yayılan məlumatları təkzib edib.
Bu barədə “Erem news” xəbər portalının məlumatında bildirilir.
“Mənim müştərim, eks-prezident Mahmud Əhmədinejadın həbsinə dair məlumatlar həqiqətə uyğun deyil”, - deyə Heydari ərəb mətbuatında yayılmış məlumatı şərh edib.
Rəsmi Tehran isə xəbəri indiyə qədər nə təsdiq, nə də təkzib edib.
Qeyd edək ki, bu gün “Əl-Qüds əl-Arabi” qəzeti iranlı mənbələrə istinadən sabiq prezident Mahmud Əhmədinejadın hökumət əleyhinə nümayişləri dəstəklədiyi üçün həbs edildiyinə dair informasiya yayıb.

Tehsil-press.az

Oxşar xəbərlər