Lüks oteldə görünməmiş soyğun, 4 milyon avro oğurlanıb

Lüks oteldə görünməmiş soyğun, 4 milyon avro oğurlanıb Parisdə yerləşən dünyanın ən məşhur otellərindən olan Ritz-Carltonda 4,7 milyon avroluq soyğun hadisəsi olub.
Beş nəfərdən ibarət silahlı soyğunçu ötən gecə otelin vitrinindən zinət əşyalarını ələ keçirərək ərazini tərk ediblər.
Əməliyyat nəticəsində onlardan 3-ü yaxalanıb. 4 milyonluq zinət əşyaları isə qaçmağı bacaran digər iki soyğunçuda qalıb.
Otelə hücum nəticəsində yaralanan olmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər