“Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” (EHEA) “Tvinninq” layihəsi çərçivəsində beynəlxalq qiymətləndirmə qrupu Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin əsas tərəfdaşları Təhsil Nazirliyi, Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzi (FİNEEC) və Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyidir (EKKA).
UNEC-in rektoru, professor Ədalət Muradov 2015-ci ildən başlanan “Tvinninq” layihəsinin Avropa ali təhsil məkanına inteqrasiya etməklə Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
FİNEEC-in müdiri Helka Kekelainen bildirib ki, layihənin məqsədi Azərbaycanın ali təhsil sisteminin inkişafına dəstək göstərməkdir.
EKKA-nın müdiri Heli Mattisen yeni akkreditasiya qaydalarının tətbiqi ilə əlaqədar pilot universitetlərdən biri kimi seçilən UNEC-də qiymətləndirmə zamanı işçi qrupuna yaradılan şərait üçün təşəkkürünü bildirib.
Sonra “Tvinninq” işçi qrupunun üzvü Anar Nağıyev “İnstitusional pilot qiymətləndirmə üzrə qiymətləndirmə hesabatı”nı təqdim edib. Bildirilib ki, qiymətləndirmə strateji planlaşdırma, idarəetmə, insan resursları, təhsil proqramları, tədqiqat fəaliyyəti, eləcə də tədris və təlim resursları sahəsində aparılıb. Ekspertlər beynəlxalq və regional təşkilatlara və assosiasiyalara üzvlüyü yüksək qiymətləndiriblər.

UNEC-in Mətbuat Xidməti